"Azər Türk Bank"ın depozit portfeli 30% böyüyüb
"Azər Türk Bank" ASC-nin (ATB) depozit portfeli 2026-cı il iyulun 1-nə ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% və ya 344,9 milyon manat artaraq 1 milyard 489,6 milyon manata çatıb.
Banker.az bunu bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.
Artım əsasən şirkət və təşkilatların depozitləri hesabına baş verib. Belə ki, korporativ müştərilərin depozitləri illik müqayisədə 35,9% artaraq 1 milyard 269,1 milyon manat olub. Fiziki şəxslərin depozitləri isə 4,6% artaraq 220,5 milyon manata yüksəlib.
Nəticədə, hesabat dövrünün sonuna hüquqi şəxslərin depozitləri bankın ümumi depozit portfelinin 85,2%-ni, fiziki şəxslərin depozitləri isə 14,8%-ni təşkil edib.
Depozitlər üzrə faiz xərcləri 2026-cı ilin ilk yarısında illik müqayisədə 7,6% və ya 2,4 milyon manat artaraq 34,1 milyon manata çatıb.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları