Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb

Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb"Xalq Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin 2023-cü ildə məcmu gəlirləri 1 milyard 80,741 milyon manat təşkil edib.
Bu, 2022-ci ilə nisbətən 32,2 % çoxdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən il sığortaçıların məcmu xərcləri isə əvvəlki ilə nisbətən 31,8 % artaraq 910,725 milyon manat olub. Şirkətlərdən 12-nin gəlirləri, 13-nün isə xərcləri artıb.
2023-cü ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 170,016 milyon manat olub ki, bu da 2022-ci illə müqayisədə 34,3 % çoxdur. 7 şirkətdə maliyyə mənfəəti artıb, 5 şirkətdə azalıb, 1 şirkətdə maliyyə zərəri artıb, əvvəlki il maliyyə zərəri ilə üzləşmiş 3 şirkət isə ötən il maliyyə mənfəəti əldə edib.
2023-cü ildə sığorta şirkətləri 34,169 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2022-ci ilə nisbətən 16,5 % çoxdur. 17 şirkətdən 4-ü vergi ödənişlərini artırıb, 8-i vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 4 şirkətdən 1-i ötən il də vergi ödəməyib, 2-si isə vergi ödəyib.
2023-cü ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 135,847 milyon manat olub. Bu da 2022-ci illə müqayisədə 39,7 % çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 7 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 5 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 1 şirkətin həm də xalis zərəri artıb. Əvvəlki ili zərərlə başa vurmuş 3 şirkət isə ötən ildən mənfəətlə çıxıb.
"Xalq Sığorta" maliyyə hesabatını açıqlamayıb.
XXX
Azərbaycanın 16 sığortaçısının məcmu aktivləri 17 % artıb
"Xalq Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 561,674 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 17,4 % çoxdur.
2023-cü ildə sığortaçılardan 10-u aktivlərini artırıb, 6-sı azaldıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 21,5 % artaraq 716,953 milyon manat, məcmu qısamüddətli aktivləri isə 14,2 % artaraq 884,72 milyon manat olub. 11 şirkət uzunmüddətli aktivlərini, yenə də 8 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 19,5 % artaraq 1 140,667 milyon manat təşkil edib. Sığortaçılardan 9-da öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 26,5 % artaraq 1 072,676 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 36 % azalaraq 67,991 milyon manat olub. 10 şirkət uzunmüddətli öhdəliklərini, 5 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 12,1 % artaraq 421,007 milyon manata, məcmu nizamnamə kapitalı isə 0,5 % artaraq 249,59 milyon manata çatıb. Bazar iştirakçılarından 12-si balans kapitalını, 1-i - "Atasığorta" isə nizamnamə kapitalını artırıb.
"Xalq Sığorta" maliyyə hesabatını açıqlamayıb.
© "Report"

Banklar     Tarix: 29 iyun 2024

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq valyuta kurslari bitcoin qiymeti