"Azərbaycan bankları bu ildən broker xidmətləri göstərəcək"
Azərbaycan Mərkəzi Bankı (AMB) bu ildən yerli bankları da broker (vasitəçi) xidmətlərinə cəlb etmək niyyətindədir.
Bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"Düşünürük ki, bu addım kapital bazarının daha da genişlənməsinə şərait yaradacaq, çünki banklarımızın geniş filial şəbəkəsi var. Bu sahədə kifayət qədər, əsasən infrastruktur baxımından planlarımız var ki, kapital bazarı effektiv işləsin. Bundan başqa, bazarda rəqəmsallaşmaya dair planlarımız var. Sözsüz ki, maarifləndirmə istiqamətində də işlər aparılacaq ki, həm investor, həm də emitentlərin biliklərini artıraq", - deyə o qeyd edib.
© "Report"

Dünyanın ən məşhur professorlarından biri effektiv bazar hipotezi haqqında
Unibank sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Proqramçılar üçün TOP-5 Freelance sayt
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Biznes nədir və hansı növləri var?
Ən çox gəlir gətirən onlayn bizneslər
Birbank xidmətinə necə qoşulmaq olar?