Azərbaycan bankları niyə regionlarda kredit vermək istəmirlər?

Azərbaycan bankları niyə regionlarda kredit vermək istəmirlər?Azərbaycan bankları ölkənin regionlarında kredit verməyə elə də həvəs göstərmirlər.
Bunu Azərbaycan Mərkəzi Bankının kreditləşmə ilə bağlı açıqladığı statistika da göstərir.
Belə ki, 2023-cü ilin sonuna bankların kredit portfeli 23.2 milyard manat təşkil edib ki, bunun da 17.7 milyard manatı və 76%-i Bakı və onun ətrafında formalaşıb. Bəs banklar niyə regionlarda kredit vermək istəmir?
İqtisadçı-ekspert Elman Sadıqov deyir ki, regionlarda kredit verməyin riski Bakı ilə müqayisədə yüksəkdir: "Nəinki Bakı ilə regionlar arasında, hətta ayrı-ayrı rayonlar arasında risk dərəcələrində fərq var. Məsələn, Aran rayonlarında risk daha yüksəkdir. Çünki biznes mühiti zəifdir, dövriyyə azdır və bu rayonlarda yaşayanlara verilmiş kreditlər vaxtında və yaxud ümumiyyətlə geri qaytarılmaya bilər. Şimal və Şimal-Qərb rayonlarımızda isə risk nisbətən aşağıdır. Çünki həmin rayonlar iqtisadi baxımdan aktivdir, turizm obyektləri mövcuddur və vətəndaşlar aldıqları kreditləri normal qaytara bilərlər".
Bundan başqa, onun sözlərinə görə, regionlarda yaşayan əhalinin maliyyə savadlılığı, kreditə yanaşması (məsuliyyəti) paytaxtla müqayisədə zəifdir: "Bakı və onun ətrafında yaşayanların çoxu bilir ki, kredit götürübsə onu vaxtında qaytarmalıdır, əgər qaytarmasa ona qarşı hüquqi tədbirlər görə bilərlər, girov qoyduğu əmlakı əlindən çıxa bilər. Regionlarda yaşayanlar dediyim məsələlər barədə elə də düşünmürlər. Çünki rayon yerində hamı bir-birini tanıyır, kiməsə qarşı sərt addımlar atmaq, əmlakını əlindən almaq çətindir. Mental amillər var. Kəndlərdə bir evdə bir neçə ailə yaşayır. Bunların evsiz qalması məsələsi var. Dədə-baba evləridir. Digər tərəfdən rayonda, kənddə heç kim "bankda batan ev"i almaq istəmir. Yəni, regionlarda müsadirə edilmiş əmlakları satmaq asan deyil. Halbuki, Bakıda girov əmlakların satılması problem deyil".
Digər ekspert Xalid Kərimli də hesab edir ki, bankların Bakı və onun ətrafına fokuslanması təkcə risk amili ilə bağlı deyil, həm də paytaxt və regionların iqtisadi inkişafı arasındakı fərqdən qaynaqlanır: "Bakıda yaşayanların gəlirləri regionlarla müqayisədə xeyli yüksəkdir. Paytaxtda orta aylıq əmək haqqı regionları azı 30-40% üstələyir. Bütün iqtisadiyyat demək olar ki, Bakıda cəmləşib. Şirkətlərin çoxu buradadır. Üstəlik, regionlardakı daşınmaz əmlakların çoxunun qeydiyyatı yoxdur. Bu da onların girov qoyulmasına mane olur. Bakıda isə əmlakın qeydiyyatı sarıdan vəziyyət xeyli yaxşıdır". / banker.az

Banklar     Tarix: 02 fevral 2024

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari