Azərbaycan banklarında likvidlik riskinin idarə edilməsi qaydası dəyişib

Azərbaycan banklarında likvidlik riskinin idarə edilməsi qaydası dəyişibAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, likvidliyin örtülmə əmsalı məcmu halda və milli valyutada ayrılıqda 100 %-dən aşağı olan bankda ani likvidlik əmsalı 30 %-dən az olmamalıdır. İndiyə qədər, bu əmsal hesablanarkən xarici valyuta nəzərə alınırdı.
Həmçinin bundan sonra, bank likvidliyin örtülmə əmsalını məcmu halda və milli valyutada ayrılıqda hesablamalı, aşağıdakı cədvəldə müəyyən edilmiş hədlərdən az olmayan səviyyədə təmin etməlidir:
Azərbaycan banklarında likvidlik riskinin idarə edilməsi qaydası dəyişibBank ardıcıl 5 gün likvidliyin örtülmə əmsalı tələb olunan həddə əməl etmədikdə, növbəti 5 iş günü ərzində AMB-yə likvidlik mövqeyinin bərpası ilə bağlı tədbirlər planı təqdim edilməlidir. Plan likvidliyin örtülmə əmsalı üzrə bu Qayda ilə müəyyən edilmiş hədlərə əməl etmədiyi tarixdən başlayaraq 45 gündən çox olmayan müddəti əhatə etməlidir.
İndiyə qədər bank ardıcıl 30 gün ərzində həmin hədlərə əməl etməikdə, 31-ci gündən etibarən növbəti 5 iş günü ərzində AMB-yə likvidlik mövqeyinin bərpası ilə bağlı plan təqdim etməli idi. Eləcə də planda müəyyən edilmiş tədbirlərin müddəti 3 aydan çox olmamalı və tədbirlərin vaxtında icra edilməsinə nəzarəti Müşahidə Şurası təmin etməli idi.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb. / banker.az

Banklar     Tarix: 03 iyul 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq