Azərbaycan banklarının adından fişinq cəhdləri həyata keçirilir
Azərbaycanda fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
"Kiberdələduzlar e-poçt vasitəsilə bank ödənişlərinin tamamlanması ilə bağlı saxta məlumatlar göndərərək istifadəçiləri zərərli qoşmalara yönləndirirlər. Qoşmanın tərkibində fərdi məlumatları ələ keçirmək üçün zərərli "keylogger" proqramı yerləşdirilib", – deyə məlumatda qeyd olunur.
ETX vətəndaşlara bu cür hallara qarşı diqqətli olmağı və şübhəli qoşmalara daxil olmamağı, yükləməməyi, həmçinin hər hansı qurumun adından bu tip məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlayaraq dəqiqləşdirməyi tövsiyə edir.





/ banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları