Azərbaycan banklarının bu portfeli niyə kiçilir?

Azərbaycan banklarının bu portfeli niyə kiçilir?Azərbaycanda fond bazarının daralması artıq bankların investisiya portfelində də hiss edilir. Bankların qiymətli kağızlar portfeli ilin ilk 5 ayında 895.7 mln. manat və ya 11% azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin 1 iyun tarixinə təqdim etdiyi bankların icmal göstəricilərinə istinad edir.
Bankların investisiya qiymətli kağızlar portfelinin həcmi 7 mlrd. 442 mln. manat olub. Bir faktı qeyd edək ki,  bu, mayın əvvəli 7 mlrd. 712.5 mln. manat, 2023-cü ilin əvvəli isə 8 mlrd. 337.7 mln. manat idi.
BU AZALMA NİYƏ BAŞ VERİR?
İlk öncə ondan başlayaq ki, Azərbaycanın fond birjasının dövriyyəsi öncəki il qədər böyük həcmdə deyil. Bakı Fond Birjası 2022-ci ilin ilk 5 ayı ərzində 7 mlrd. 415.76 mln. manatlıq əməliyyat keçirmişdi, bu, 2023-cü ilin eyni dövründə 15% az, yəni 6 mlrd. 334.4 mln. manata  düşüb.
Azərbaycan bankları qiymətli kağızlar (səhm, istiqraz, repo və s) portfelinin böyük hissəsini yerli insititutların buraxdıqları ilə formalaşdırırlar. Bu bazarın daralması bankların portfelinə təsirsiz ötüşmür. Normal halda isə bu bazar böyük olduğu halda bankların risksiz maliyyə alətlərinə marağı daha çox olur.
Riskli investisiya alətlərindən danışarkən bu statistika xüsusu əhəmiyyət kəsb edir. Çünki bankların investisiya portfelində dövlət qiymətli kağızların böyük çəkisi var. 2022-ci ilin ilk 5 ayında 3 mlrd. 859.97 mln. manatlıq dövlət istiqrazları emisiya edilmişdi. Cari ilin eyni dövründə bu rəqəm 50% azalıb. Cari ildə Maliyyə Nazirliyi 801.58 mln. manatlıq dövlət istiqrazları buraxdığı halda, Azərbaycan Mərkəzi Bankı cəmi 1 mlrd. 110.24 mln. manatlıq notlar buraxıb.
Bununla belə, cari ilin ilin ilk risk iştahı böyük olanlar üçün cəlbedici olan 326.36 mln. manat olan korporativ istiqrazlar buraxılıb. Bu illik 24% artımdır.
BƏS ALTERNATİV NƏDİR?
2023-cü ilin əvvəlindən bankların aktivlərinin həcmi 2.4% artaraq 45 mlrd. 921.8 mln. manata yüksəlib.
Bankların əllərində iyun ayının əvvəlinə 2 mlrd. 70.9 mln. manat ekvivalentində nağd vəsaitlər var. Müştərilərə verilən kreditlərin həcmi illik müqayisədə 10.7% artaraq 20 mlrd. 659.3 mln. manata yüksəlib.
Kapital bazarının kiçilməsi şəraitində banklar üçün əllərindəki vəsaitlərdən gəlirliliyi təmin etmək üçün kredit verməni genişləndirmək ən yaxşı variant kimi qalır.
Azərbaycan banklarının bu portfeli niyə kiçilir?

Banklar     Tarix: 24 iyun 2023

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler dollar məzənnəsi bitkoin bank faizleri kicik biznes