Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
Pakistan Ticarətin İnkişafı İdarəsi (TDAP) açıqlama verərək, ölkənin Azərbaycana ət ixracına rəsmi olaraq icazə aldığını bildirib.
Marja.az açıqlamaya istinadən xəbər verir ki, bu qərar, Heyvanların Karantin Departamentinin Azərbaycanın baytarlıq və qida təhlükəsizliyi standartlarına tam uyğunluq əldə etməsindən sonra verilib.
Bu mühüm mərhələnin ardınca TDAP, ət ixracatçıları və aidiyyəti qurumlarla görüş keçirib. Görüşdə Azərbaycanın bazarına çıxış strategiyaları və ixrac imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Strategiyanın bir hissəsi kimi, TDAP 2025-ci ilin noyabr ayında Pakistanlı ət ixracatçılarından ibarət nümayəndə heyətini Azərbaycanın paytaxtı Bakıya göndərməyi planlaşdırır. Eyni zamanda, aparıcı Azərbaycanlı idxalçılar da Pakistanda keçiriləcək sərgiyə dəvət olunublar. Məqsəd iki ölkə arasında birbaşa ticarət və biznes əlaqələrini gücləndirməkdir.
TDAP rəsmisi Ather Hussain Khokhar bu nailiyyətin Pakistan ətinin yüksək keyfiyyətini və ölkənin etibarlı halal istehsalçısı kimi beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?