Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr 59 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur.
9 ay ərzində BOKT-ların gəlirləri 151,3 milyon manat (illik müqayisədə 81,85% çox), xərcləri 77 milyon manat (37,75% çox), xüsusi ehtiyatlara ayırmaları 4,8 milyon manat (92 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 10,7 milyon manat (5,6 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 682,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 42,6 % çoxdur. Bunun 509,7milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 39,5 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 41,8 % artaraq 388,4 milyon manata, balans kapitalı isə 43,7 % artaraq 293,8 milyon manata çatıb.
© "Report"

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Türk İnkişaf Bankı yaradıla bilər
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt