Azərbaycan bu ölkəyə ilk dəfə şaftalı ixrac edib
Azərbaycan mövcud ilin yanvar-iyul aylarında 65,7 milyon ABŞ dolları dəyərində 54 min 277 ton şaftalı (nektarin daxil olmaqla) ixrac edib.
Biznes.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 76 % çoxdur.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyaya (39,52 min ABŞ dolları dəyərində 35,46 ton), Latviyaya (23,67 min ABŞ dolları dəyərində 19,2 ton) və Honkonqa (11,81 min ABŞ dolları dəyərində 1,34 ton) tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan Rusiyaya 60,93 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % çox) 50 min 282 ton (+65 %), Ukraynaya 2,4 milyon ABŞ dolları dəyərində 2 min 327 ton (1 il əvvəl tədarük olmayıb), Belarusa 1,72 milyon ABŞ dolları dəyərində (+37 dəfə) 963 ton (+25 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 245 min ABŞ dolları dəyərində (+83 %) 180,4 ton (+86 %), Qazaxıstana 165,4 min ABŞ dolları dəyərində (+65 %) 246,2 ton (+47 %) məhsul satıb.(Report)

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?