Azərbaycan fındığının gələcəyi: yeni bazarlar, yoxsa ənənəvi tərəfdaşlar?

Azərbaycan fındığının gələcəyi: yeni bazarlar, yoxsa ənənəvi tərəfdaşlar?Azərbaycan, zəngin neft ehtiyatları ilə tanınan bir ölkə, tədricən kənd təsərrüfatı potensialını üzə çıxarır. Bunun parlaq nümunələrindən biri sürətlə inkişaf edən fındıq sektorudur.
Türkiyə fındığın alış qiymətlərini 57 faiz artırdı
Dünya qoz-fındıq bazarı əsl bum yaşayır. Sağlam qidalanma getdikcə daha populyar olur və vitaminlər və faydalı yağlarla zəngin olan fındıq bu trendə mükəmməl uyğun gəlir.
Proqnozlara görə, dünya bazarında fındıq satışlarının həcmi artmağa davam edəcək və 5 il ərzində 47,6 % artaraq 2029-cu ilə qədər təsirli 756,7 milyon ABŞ dollarına çatacaq. 2024-cü il üçün gözləntilər 512,62 milyon ABŞ dolları üzərindədir.
Azərbaycan öz iqlim şəraiti və zəngin torpaqları sayəsində fındıq yetişdirmək üçün unikal üstünlüklərə malikdir. Yerli istehsalçılar müasir texnologiyalara fəal şəkildə sərmayə qoyur və məhsuldarlığın artırılması üzərində işləyirlər. Bununla yanaşı, Azərbaycan fermerləri dünya bazarında rəqabət və iqlim dəyişikliyi kimi bir sıra çağırışlarla üzləşirlər.
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov "Report"a Azərbaycanın dünya fındıq bazarındakı rolu, ölkədə bu məhsulun istehsalı və gözləntiləri barədə danışıb.
Onun sözlərinə görə, fındıq istehsalı üzrə göstəricilər adətən mövsümə uyğun olaraq yəni avqust-sentyabr aylarında hesablanır: "Lakin bu ilin 6 ayında Azərbaycanda qabığı təmizlənmiş şəkildə 51,9 milyon manat məbləğində 8 425 ton fındıq (ləpə) istehsal edilib".
Azərbaycan fındığının gələcəyi: yeni bazarlar, yoxsa ənənəvi tərəfdaşlar?İ. Orucov bildirib ki, fındıq məhsulunun böyük partiyası çox vaxt Avropa ölkələrindəki Milad bayramı və Rusiyadakı Yeni il bayramına qədər emal olunaraq ixrac edili: "Belə ki, fındıq məhsulunun adətən 60-70 %-i müxtəlif ölkələrə tədarük olunur. Bu il də belə olacağını düşünürəm".
Assosiasiya rəhbəri qeyd edib ki, dünyanın ən böyük fındıq istehsalçısı olan Türkiyədə bu məhsulların qiymətləri ilə bağlı mövcud vəziyyət narahatlıq yaradır: "Bu ölkədə dövlət tərəfindən fındıqla bağlı yüksək qiymətlər müəyyən edilib. Yəni Türkiyə dövləti fındıq məhsulunu fermerlərdən yüksək qiymətlərə alacağını açıqlayıb. Lakin Avropa ölkələri fındıq məhsulunu belə yüksək qiymətə almaq niyyətində deyil. Fındıq məhsulunun 80 %-i Avropa ölkələrindəki fabriklərdə emal olunduğu üçün əslində, onun qiymətini də məhz bu qitənin dövlətləri diktə edir.
Türkiyənin qlobal fındıq bazarındakı payının 75 % olduğunu nəzərə alsaq, onun təyin etdiyi qiymətlə uyğunlaşmalı olduğumuzu söyləyə bilərəm. Türkiyə fındıq məhsulunun qiymətlərini yüksək saxlasa, həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyənin ixracı kəskin şəkildə azalacaq. Amma qiymətlər sabitləşsə, dekabr ayında ixraca yönəldiləcək həcmi istehsalın 70-80 %-nə çatdıra biləcəyik".
Azərbaycan fındığının gələcəyi: yeni bazarlar, yoxsa ənənəvi tərəfdaşlar?O vurğulayıb ki, ənənəvi bazarlardan başqa digər ölkələrə fındıq məhsulunun tədarükü nəzərdən keçirilmir: "Məsələn, hazırda Hindistan və Çin kimi ölkələrdə Azərbaycan istehsallı fındığın istehlakı aktual deyil. Yəni bu ölkələrdə fındığın istehlak həcmi Avropa ilə müqayisədə ciddi şəkildə fərqlənir. Bu məqamda qeyd edək ki, Yaponiya il ərzində cəmi 1 000 ton fındıq ləpəsi idxal edir. Bu rəqəm Azərbaycanda fındıq sahəsi ilə məşğul olan müəssisənin 60-70 %-lik gücünə bərabərdir. Hindistan çox cüzi miqdarda fındıq idxal edir. Pakistan il ərzində cəmi 40 ton fındıq tədarük edir. Bir sözlə, fındıq əsasən Almaniya, İsveçrə, Fransa, Belçika, İtaliya kimi şokolad məhsulları istehsal edilən Avropa ölkələrində emal olunur. Odur ki, bizim digər bazarlara ümid etməyimiz sadəlövhlük olardı".
Qeyd edək ki, ötən il Azərbaycanda 75 min 409 ton fındıq istehsal olunub. Onun 23 min 397 tonu 22 dövlətə ixrac olunub ki, bunun da 54 %-i Rusiyanın payına düşüb. İlk beşlikdə Almaniya, İtaliya, İsveçrə və Türkiyə var. Ötən il Azərbaycandan ixrac olunan fındığın 93,8 %-i qabığı təmizlənmiş şəkildə (ləpə) tədarük olunub (Report).

Biznes     Tarix: 07 avqust 2024

Oxşar xəbərlər

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler biznes xeberleri bitcoin valyuta xeberleri bitkoin almaq