"Azərbaycan İqtisadçılar İttifaqı" İctimai Birliyi "Şuşa ili" çərçivəsində layihənin icrasını tamamlamışdır
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili" çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan "Azərbaycan İqtisadçılar İttifaqı" İctimai Birliyi "Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri" adlı layihənin icrasını tamamlamışdır.
Layihə rəhbəri iqtisadiyyat üzə fəlsəfə doktoru, dosent Aytən Səmədzadə, layihə ekspertləri- Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, prof. Rəsul Balayev, dosent İlham Əhmədov olmuşlar.
Ötən müddət ərzində layihənin icra planına əsasən Şuşanın iqtisadi, sosial, demoqrafik göstəriciləri haqqında xeyli arxiv materialı araşdırılmış, istiqamətlər üzrə sistemləşdirilmiş, elmi və statistik mənbələr araşdırılmışdır.
Layihə çərçivəsində həmçinin, Şuşa rayonunun kənd təsərrüfatı istehsalının dinamikası, şəhər əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi, ekoloji təmiz məhsul istehsalının təşkili, energetika, rabitə, İKT, ağıllı texnologiyaların tətbiqi perspektivləri araşdırılmışdır. Araşdırmaların nəticəsi "Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər" adlı xüsusi kitab halında nəşr edilmişdir. Kitabda tədqiqat materialları ilə yanaşı Şuşanın dünənini, bu gününü əks etdirən xeyli fotoşəkillər də verilmişdir.
Kitabda həmçinin Şuşanın gələcək inkişafı barədə təklif və tövsiyələr də verilmişdir. Şuşanın kurort imkanlarının araşdırılması, beynəlxalq miqyaslı müalicə ocaqlarının yaradılması ilə də bağlı təkliflər kitabda verilmişdir.
Layihənin yekun mərhələsində Şuşa 1 saylı məktəbdə "Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər" adlı kitab ictimaiyyətə təqdim edilmişdir. Tədbirdə Şuşa rayon icra hakimiyyətinin baçşısı Bayram Səfərov, icra başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin üzvləri iqtisad elmləri doktoru professor Eldar Quliyev, Arzu Nağıyev, Novruz Aslan, Aydın Hüseynov və tarix elmləri doktoru, professor İradə Hüseynova, Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, professor Cəmilə Namazova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov, Şuşa rayonunun ziyalıları, alimlər və mətbuat nümayəndələri iştirak etmişlər.
Layihənin gedişatı mütəmadi olaraq "Azərbaycan İqtisadçılar İttifaqı" İctimai Birliyinin orqanı olan "İqtisadiyyat" qəzetində və digər KİV-də, agentliyin Feysbuk səhifəsində, saytlarda mütəmadi olaraq dərc edilmişdir.
Yeganə Məmmədova
/ marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İban nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Swift nədir?