Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq "Açıq bankçılıq" funksionallığının tətbiqinə başlanılıb

Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq Mərkəzi Bank "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir.
Bankın yaydığı məlumatda bildirilir ki, Strategiyanın fəaliyyət planında "Rəqəmsal maliyyə" təşəbbüsü çərçivəsində "Açıq bankçılıq" yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən "Açıq bankçılıq" yanaşmasını tənzimləyən normativ aktlar və texniki platforma hazırlanıb.

Eyni zamanda kommersiya banklarının qeyd edilən platformaya inteqrasiyası işləri davam etdirilib. Hazırda 6 kommersiya bankı inteqrasiyanın yekun mərhələsindədir, aşağıda qeyd olunan 13 kommersiya bankı isə inteqrasiya işlərini tam yekunlaşdırıb:
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB)
"AFB Bankı" ASC
"Azərbaycan Sənaye Bankı" ASC (ASB)
"Azər Türk Bank" ASC (ATB)
"Bank of Baku" ASC
"Bank Respublika" ASC
"Kapital Bank" ASC
"TuranBank" ASC
"Yapı Kredi Bank Azərbaycan" QSC
"Yelo Bank" ASC
"BANK VTB (Azərbaycan)" ASC
 "Premium Bank" ASC
"Xalq Bank" ASC
Qeyd edilib ki, Bundan əlavə, "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Turan Bank" ASC "Açıq bankçılıq" funksionallığını mobil tətbiqlər vasitəsilə öz müştərilərinə təqdim ediblər. Bu mobil tətbiqlər vasitəsilə bank müştəriləri üçün onların razılığı əsasında digər banklarda olan hesabları və hesab üzrə ödəniş əməliyyatları haqqında məlumatları vahid bir tətbiq üzərindən əldə etmək imkanları yaradılıb.
Cari ilin sonunadək "Açıq bankçılıq" platformasının əhatə dairəsinin genişlənməsi və digər kommersiya bankları, ödəniş təşkilatları və elektron pul təşkilatlarının da bu platformaya qoşulacağı nəzərdə tutulur.
Xatırladaq ki, "Açıq bankçılıq" yanaşması banklararası və maliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasını təmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirir və maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə sadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabətyönümlülüyü artırır: banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa, müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviq olunurlar.
Beləliklə, "Açıq bankçılıq" yanaşmasının ölkəmizdə tətbiqi maliyyə bazarının dayanıqlı inkişafına, rəqəmsal bankçılıq məhsullarının və müştəriyönümlü yanaşmanın genişlənməsinə mühüm töhfə verəcəkdir.
"Açıq bankçılıq" yanaşması haqqında daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar: / marja.az

Banklar     Tarix: 07 oktyabr 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler rubl mezenne leobank kart avtomobil xeberleri birbank