Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 2 dəfədən çox artırıb
Bu ilin I rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) 44 not hərracı keçirib.
Banker xəbər verir ki, bu barədə qurumun rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,45 dəfə çoxdur.
Hesabat dövründə baş tutmuş hərraclardan 11-i 28 günlük, 11-i 84 günlük, 11-i 168 günlük, 11-i isə 252 günlük notlar üzrə olub. Martın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 306,9 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 63,9 milyon manat azdır.
Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6,25 %, 84 günlük notlar üzrə 6,22 %, 168 günlük notlar üzrə 6,32 %, 252 günlük notlar üzrə isə 6,35 % olub. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət