Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanını nəzərdən keçirir
Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanlarını nəzərdən keçirir.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Məlumatda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf arasında mayın 31-də baş tutan görüşün təfərrüatları açıqlanıb.
"Milli neft-qaz şirkətləri arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Neft-qaz sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan tərəfi Qazaxıstanın neft yataqlarına investisiya qoyuluşu imkanlarına maraq göstərir və nəzərdən keçirir", – səfirlikdən bildirilib.
A.Bayel xatırladıb ki, 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan ərazisindən Qazaxıstan neftinin tədarükünə başlanılıb. 2023-cü ildə 1 milyon 057 min ton Qazaxıstan nefti Aktau limanından BTC ilə sonrakı ixrac üçün Azərbaycan istiqamətində göndərilib.
"Hazırda tərəflər həcmin daha da artırılması imkanlarını araşdırır. Qazaxıstan Azərbaycanın Bakı-Supsa neft kəmərindən istifadə təklifini də öyrənir. Bu istiqamətdə tədarüklər kommersiya şərtlərindən asılı olacaq", – səfirlik qeyd edib.
Xatırladaq ki, "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Tengiz" yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlayıblar. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə