Azərbaycan Rusiya qarşısında 922 milyon dollar mənfidədir
Azərbaycan malları ən çox Rusiya, Çin və Türkiyədən alır, İtaliya, Türkiyə və Yunanıstana isə satır.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana Rusiyadan 1 milyard 543 milyon 428 min dollarlıq, Çindən 1 milyard 266 milyon 160 min dollarlıq, Türkiyədən 1 milyard 147 milyon 121 min dollarlıq mallar idxal olunub. 2022-ci ilin ilk 6 ayında Azərbaycana bu ölkələrdən müvafiq olaraq 1 milyard 182 milyon 81 min dollarlıq, 942 milyon 455 min dollarlıq və 1 milyard 52 milyon 645 min dollarlıq mallar idxal olunmuşdu.
Azərbaycanın idxalı Rusiyadan 30,6%, Türkiyədən 9%, Çindən isə 34,3% artıb.
2023-cü ilin ilk 6 ayında Azərbaycandan Rusiyaya 621 milyon 134 min dollarlıq mallar ixrac olunub. Azərbaycanın Rusiya ilə ticarətində 922 milyon 293 min dollarlıq mənfi saldo yaranıb (idxal ixracı üstələyib).
Azərbaycan İtaliya, Türkiyə və Yunanıstana əsasən neft və qaz satır.

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar