"Azərbaycan Sənaye Bankı" səhmdarlarına dividendi "qənaətlə" ayırır
"Azersun Holdinq"ə yaxın olan "Azərbaycan Sənaye Bankı" ASC ötən il səhndarlarına dividend ayırıb.
Banker.az xəbər verir ki, ASB Bank 25 dekabr 2023-cü il tarixində 451 556 manatlıq məbləğində dividend elan edib.
Bank 2023-cü ildə audit edilmiş hesabatına əsasən, 33.19 milyon manat faiz gəlirinə qarşı 5.07 mln. manat xalis mənfəət əldə edib. 1 yanvar 2024-cü il tarixinə bankın kapitalında 47.7 milyon manat bölüşdürülməmiş mənfəət var.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98.43 faizi Anadolu Investment Company, 1.00 faizi Leyla Gözal Kurt və 0.58 faizi "Azərbaycan Sənaye Lizinq Şirkəti"nə məxsusdur.
Bank 2024-cü ilin may ayının 20-si səhmdarların toplanacağını, dividendlərin bölüşdürülməsi məsələsinin müzakirə ediləcəyini bildirmişdi.

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Bitcoin necə işləyir?
Biznes nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
İlon Mask kimdir?
"iPhone 15" modelinin üstünlükləri