Azərbaycan sığorta bazarı son bir ildə 8%-dən çox böyüyüb
2024-cü ilin yanvar-fevral ayında Azərbaycanda sığorta yığımları 8,4% və ya 18,6 milyon manat artaraq 239,7 milyon manata yüksəlib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ötən ilin yanvar-fevral aylarında sığorta bazarı üzrə yığımların həcmi 221,06 milyon manat təşkil edib.
Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 38% və ya 26,9 milyon manat artaraq 97,4 milyon manata bərabər olub. 2023-ci ilin yanvar-fevral aylarında bu rəqəm 70,5 milyon manat təşkil edib.
Yığımlara nisbətən ödənişlərin dinamikasında daha çox artım sığorta bazarının zərərliliyini yüksəldib. Belə ki, 2023-ci ilin yanvar-fevral aylarında sığortaçılar topladıqları hər 100 manatın 32 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin ilk iki ayında bu rəqəm 42 manata kimi artıb.
Apa / marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab