Azərbaycan şirkəti yerləşdiyi torpaq sahəsini - DÖVLƏTDƏN İCARƏYƏ GÖTÜRƏCƏK - TOPLANTI
"Mingəçevir Ağac Emalı" ASC müəssisənin yerləşdiyi torpaq sahəsini dövlətdən icarəyə götürməyə hazırlaşır.
Bu barədə FED.az-a şirkətdən məlumat verilib. Bu məqsədlə noyabrın 21-də "Mingəçevir Ağac Emalı" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Toplantıda məqsəd icarə ilə bağlı səhmdarların mövqeyini öyrənməkdir.
Toplantıda müzakirə ediləcək məsələlər 1. Xüsusi əhəmiyyətli əqdib bağlanılmasına aid münasibət; 2. Cəmiyyətin istifadəsində olan torpaq sahəsinin icarəyə götürülməsinə aid məsələyə münasibət – olacaq.
Xatırladaq ki, vaxtilə ölkənin əsas ağac emalı müəssisələrindən olan "Mingəçevir Ağac Emalı" ASC uzun illərdən profili üzrə fəaliyyƏt göstərmir. Buradakı avadanlıqlar artıq fiziki və mənəvi cəhətdən köhnəlib.
Hazırda ASC-nin əsas gəlirləri buradakı tikililərin icarəsindən formalaşır, alınan vəsaitlər isə qurumun uzun illərdən bəri yığılım qalmış vergi borclarının (torpaq və əmlak) bağlanmasına sərf edilir.
Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDK) ASC-lərdən tələb edir ki, hazırda müəssisənin öz istifadəsində olan torpaqları icarəyə götürsün. Bu isə müəssisə və səhmdarlar üçün əlavə xərc deməkdir. Məhz bu səbəbdən ASC-nin idarəçiləri icarə ilə bağlı qərarın səhmdarların iştirakı ilə verilməsini istəyir.
Toplantı ilə bağlı elana əsasən, səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanına müraciət edə bilərlər. Ünvan- Mingəçevir şəhəri, Gəncə şossesi 8.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
ƏDV geri al və onun üstünlükləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?