Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
31 avqust 2026-cı il tarixinə bankların kredit portfeli 32 milyard 824 milyon 200 min manat təşkil edib. Bir il əvvəl (31 avqust 2025-ci il tarixində) portfel 28 milyard 704 milyon 900 min manat idi.
Marja.az Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, kredit portfeli 4 milyard 119 milyon 300 min manat və ya 14,4% böyüyüb.
Biznes kreditləri 2,7 milyard manat artıb
Biznes kreditləri 31 avqust 2025-ci ildə 15 milyard 91 milyon 800 min manat olduğu halda, 31 avqust 2026-cı ildə 17 milyard 822 milyon 900 min manata çatıb. Artım 2 milyard 731 milyon 100 min manat və ya 18,1% olub. Ümumi kredit portfelində biznes kreditlərinin çəkisi 54%-dən yüksəkdir.
İstehlak kreditləri 10 milyard manatı keçib
Əhaliyə verilmiş istehlak kreditlərinin həcmi 9 milyard 114 milyon 500 min manatdan 10 milyard 261 milyon 200 min manata yüksəlib. Bir ildə artım 1 milyard 146 milyon 700 min manat və ya 12,6% təşkil edib.
İpoteka kreditləri 4,74 milyard manata çatıb
Bankların ipoteka kreditləri portfeli bir il ərzində 4 milyard 498 milyon 600 min manatdan 4 milyard 740 milyon 200 min manata yüksəlib. Artım 241 milyon 600 min manat və ya 5,4% təşkil edib.
Problemli kreditlərin məbləği 155,6 milyon manat artıb
Bank sektorunda qeyri-işlək kreditlərin həcmi 31 avqust 2025-ci ildə 791 milyon 200 min manat, 31 avqust 2026-cı ildə isə 946 milyon 800 min manat təşkil edib. Məbləğ 155 milyon 600 min manat və ya 19,7% artıb. Kredit portfelində qeyri-işlək kreditlərin xüsusi çəkisi isə 2,8%-dən 2,9%-ə yüksəlib.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İnvestisiyanın necə cəlb etmək olar?
Kriptovalyuta nədir və necə alınır?
McDonalds haqqında maraqlı faktlar
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət