ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir

ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmirAzərbaycanda banklar tərəfindən təqdim edilən ödəniş kartlarının sayına tətbiq olunan risk əsaslı yanaşma hazırda istifadə edilən ödəniş kartlarına hər hansı məhdudiyyət yaratmır.
Bunu Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildiriblər.
"Müştərilər mövcud kartlardan onların etibarlılıq müddəti başa çatanadək və ya kart hesabı bağlanılanadək istifadə edə bilərlər.
Əlavə ödəniş kartına ehtiyac yarandıqda müştəri xidmət aldığı banka müraciət edə bilər. Bank müraciəti risk əsaslı yanaşma çərçivəsində qiymətləndirəcək. Kartdan və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, əməliyyatların bankda mövcud məlumatlarla uyğun olduğu və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda nəzərdə tutulan sayın artırılması mümkündür", – ABA-dan bildirilib.
Yeni yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçılarının, o cümlədən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimuma endirmək və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir.
Yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.
Bu yanaşma yalnız konkret banka şamil edilir və müştərinin digər banklardan ödəniş kartı əldə etməsinə məhdudiyyət yaratmır. Eyni zamanda, bank tərəfindən bir neçə fərqli ödəniş kartı məhsulu təqdim edilirsə, müştəri həmin məhsulların hər biri üzrə ayrıca kart əldə edə bilər. Məsələn, eyni bankda "Azal Miles" və digər debet və ya kredit kartı məhsullarından istifadə etmək mümkündür.
Yanaşma həm manat, həm də xarici valyutada təqdim olunan ödəniş kartlarına şamil edilir. Belə ki, müştəri eyni bankdan həm milli valyutada, həm də ABŞ dolları, avro və digər xarici valyutalarda müxtəlif kart məhsulları əldə edə bilər.
Məlumata görə, risk əsaslı yanaşma 1 avqust 2026-cı ildən tətbiq edilir. Banklar və digər ödəniş xidməti təchizatçıları yanaşmanı texniki imkanları və daxili prosedurlarına uyğun olaraq mərhələli şəkildə tətbiq edirlər.
Yeni yanaşmanın rəqəmsal ödəniş ekosistemində sui-istifadə hallarının və maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına, habelə ödəniş xidmətlərinin təhlükəsizliyinin gücləndirilməsinə xidmət etdiyi bildirilir. / banker.az

Banklar     Tarix: 25 sentyabr 2026

Oxşar xəbərlər

Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"

31 avqust 2026-cı il tarixinə bankların kredit portfeli 32 milyard 824 milyon 200 min manat təşkil edib. Bir il əvvəl (31 avqust 2025-ci il tarixində) portfel 28 milyard 704 milyon 900 min manat idi. Azərbaycan Mərkəzi Bankını

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həm yığımlar, həm də ödənişlər azalıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər veri

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib

Qafqazda bankçılıq, ödənişlər və e-ticarət sahələri üzrə rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş Bir ekosistemi Azərbaycanda istifadəçilərin gündəlik vərdişlərini rəqəmsallaşdırmaq missiyasın

"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir

ABŞ-ın bank və maliyyə xidmətləri nəhəngi "Bank of America" Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcəsini daha iki dəfə — oktyabr və dekabr iclaslarında 25 baza bəndi artıracağını gözləyir. bunu Bankı

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların

Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonuna ölkənin cari əməliyyatlar hesabının profisitinin 6,1 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır. Bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiy

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir

Asiya İnkişaf Bankı (ADB) "Bank Respublika" ASC ilə "AccessBank" QSC-nin birləşməsi başa çatdıqdan sonra da əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu barədə ADB-dən bildirilib. Beynəlxalq institutda

Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım

Azərbaycan bank sektoru 2026-cı ilin yanvar–avqust aylarını mənfəətin əhəmiyyətli artımı ilə başa vurub. Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında hesablayıb ki, bankların 2026-cı ilin ilk 8 ayında əldə etdiklər


iqtisadi xeberler birbank dollar məzənnəsi 1000 manatla biznes emlak xeberleri