Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
Mikro sahibkarlığa verilən biznes kreditləri 3 milyard 346 milyon 500 min manatdan (31 avqust 2025-ci il tarixinə) 3 milyard 925 milyon manata (31 avqust 2026-cı il tarixinə) yüksəlib.
Marja.az Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, artım 578 milyon 500 min manat və ya 17,3% olub.
Kiçik sahibkarlıq üzrə kredit portfeli isə 1 milyard 573 milyon 500 min manatdan 1 milyard 858 milyon 500 min manata yüksələrək 285 milyon manat və ya 18,1% artıb.
İri biznesə verilən kreditlər 9,7 milyard manata çatıb
Bankların iri sahibkarlıq subyektlərinə kredit portfeli 8 milyard 34 milyon 700 min manatdan 9 milyard 689 milyon 200 min manata yüksəlib. İllik artım 1 milyard 654 milyon 500 min manat və ya 20,6% təşkil edib.
Tikinti sektoruna biznes kreditləri 79% artdı
Tikinti sahəsi üzrə biznes kreditlərinin həcmi 31 avqust 2025-ci ildə 1 milyard 459 milyon 400 min manat olduğu halda, 31 avqust 2026-cı ildə 2 milyard 613 milyon 900 min manata çatıb. Artım 1 milyard 154 milyon 500 min manat və ya 79,1% təşkil edib. Bu, nəzərdən keçirilən əsas biznes sahələri arasında ən diqqətçəkən artımlardan biridir.
Nəqliyyat sektoruna kreditlər 31% artıb
Nəqliyyat sahəsi üzrə biznes kreditləri bir il ərzində 1 milyard 620 milyon 200 min manatdan 2 milyard 125 milyon 100 min manata yüksəlib. Artım 504 milyon 900 min manat və ya 31,2% təşkil edib.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları
ƏDV geri al və onun üstünlükləri
Swift nədir?