Azərbaycan və Gürcüstan mərkəzi bankları süni intellektlə dəstəklənən sistemlərin tətbiqini müzakirə edib
Azərbaycan və Gürcüstan mərkəzi bankları süni intellektlə dəstəklənən sistemlərin təcrübədə tətbiqi imkanlarını müzakirə edib.
Bu barədə Gürcüstan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində bu ölkənin Milli Bankında olub.
Səfər çərçivəsində Gürcüstan Milli Bankının əməkdaşları AMB-nin nümayəndə heyətinə riskə əsaslanan nəzarət, pulların yuyulmasına qarşı mübarizə və maliyyə texnologiyaları sahəsində mövcud təcrübə və praktikadan bəhs ediblər. Eyni zamanda, Gürcüstan Milli Bankında tətbiq edilmiş risk limitlərinin avtomatlaşdırılmış nəzarəti və süni intellektlə dəstəklənən sistemlərin praktikada tətbiqi imkanları müzakirə olunub.
Qeyd olunub ki, bu görüşlər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın dərinləşməsi istiqamətində atılmış mühüm addımdır və hər iki tərəfdə riskə əsaslanan nəzarət mexanizmlərinin inkişafına töhfə verəcək.
Məlumatda bildirilir ki, belə işçi görüşlər hər iki ölkənin mərkəzi bankı üçün vacibdir və maliyyə sabitliyi sahəsində regional əlaqələrin möhkəmlənməsini təmin edir. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
CV-nin tərtib edilməsi prinsipləri
Mcdonalds françayzinqi neçiyədir?
Biznes planı necə yazmaq lazımdır?