Azərbaycanda 30-a yaxın populyar brend olan restoranların açılması planlaşdırılır
Azərbaycanda 30-a yaxın populyar brend olan "Go Crispy" və "Tea Time" restoranlarının açılması planlaşdırılır.
Azərbaycanın ticarət sahəsinə 5 milyon dollarlıq sərmayə yatırılacaq
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Qətərin "Al Baladi Holdings" şirkəti ilə Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti arasında strateji əhəmiyyətli saziş imzalanıb: "Həmin sazişə əsasən, Azərbaycanda "Go Crispy" və "Tea Time" restoranlarının açılması nəzərdə tutulur. Bu strateji plan çərçivəsində 2 il ərzində təxminən 30 yeni restoranın fəaliyyətə başlaması planlaşdırılır".
O. Məmmədov bildirib ki, sazişin əsas məqsədi Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır: "Bu yeni layihələr sayəsində ölkədə yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafına töhfə verilməsi gözlənilir". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
1000 manatla hansı biznesi qurmaq olar?