Azərbaycanda 4 bankın aktivləri 2 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə aktivləri 2 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (12 milyard 82 milyon 955 min manat), "Kapital Bank" (7 milyard 606 milyon 111 min manat), "PAŞA Bank" (7 milyard 422 milyon 62 min manat) və "Xalq Bank" (2 milyard 532 milyon 370 min manat) ASC-lərdir.
Qalan 22 bankdan 3-də aktivlər 1-2 milyard manat arasında, 8 bankda 500 milyon manatdan 1 milyard manata qədər, 9 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.
5 bankın aktivləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar "Bank BTB", "Bank VTB Azərbaycan" və "Azərbaycan Sənaye Bankı" (ASB) ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma ASB-də (14,7%), ən az azalma isə "Bank BTB"də (0,2%) qeydə alınıb.
Qalan 21 bankın aktivləri artıb. Ən yüksək dinamika "Azər-Türk Bank" ASC-də (78,6%), ən aşağı dinamika isə "Premium Bank" ASC-də (2,5%) qeydə alınıb.
© Renkinq

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SMM nədir?
Biznes planı necə yazmaq lazımdır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi