Azərbaycanda 9000-ə yaxın əcnəbi tələbə təhsil alır
Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq, xüsusən əcnəbilərin təhsili sahəsi üzrə məsul əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Nazirlikdən verilən xəbərə görə, hər il ənənəvi olaraq təşkil edilən görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyət, əcnəbilərin ölkəmizdə təhsilinə dair məsələlərin müzakirəsi olub. Görüşdə 38 ali təhsil müəssisəsinin 60-a yaxın nümayəndəsi, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və məsul şəxsləri iştirak ediblər.
Görüş zamanı əcnəbi tələbələrin ölkəmizə cəlbinin təşviqi və təhsilinin təşkili məsələlərinə dair 2022-ci ildə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verilib, eləcə də 2022-2023-cü tədris ilində təhsil alan əcnəbi tələbələrlə bağlı statistik məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin cari tədris ilində ölkəmizdə təhsil alan əcnəbi tələbə sayının bu günədək ən yüksək göstəriciyə çatdığı və 110 ölkədən 9 000-ə yaxın şəxsi əhatə etdiyi qeyd olunub.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin sifarişi ilə aparılmış ""Study in Azerbaijan" beynəlxalq ali təhsil imkanları" adlı tədqiqatın nəticələrinə dair təqdimat keçirilib.
Sonda görüş iştirakçıları rəy və təkliflərini səsləndiriblər, onların sualları cavablandırılıb. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Biznes plan necə yazılır?
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Start-up nədir?