Azərbaycanda "Açıq Bankçılıq" üzrə köçürmə limiti 40 min manat ola bilər

Azərbaycanda Azərbaycanda "Açıq Bankçılıq" üzrə maksimum köçürmə limiti 40 min manat olması nəzərdə tutulur.
Banker  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
"Köçürmələr Ani Ödənişlər Sistemi (AÖS) üzərindən olmalıdır. Maksimum limit o demək deyil ki, hər bir vətəndaş 40 min manat köçürə bilər. Banklar öz risk iştahlarına əsasən fərqli limit təyin eləyə bilərlər. Məsələn, hansısa bank 5 min manata qədər, hansısa bank 10 min manata qədər köçürməyə icazə verə bilər. Köçürməni siz digər vətəndaşın FİN kodunu, mobil nömrəsini, IBAN hesabının nömrəsini yazmaqla edə bilərsiniz", – deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, "Açıq Bankçılıq" üzrə komissiyanı banklar özləri müəyyənləşdirəcək: "Komissiya haqqının tutulması, sırf banka aid biznes istəyidir. Ola bilər ki, bank bu komissiyaları ümumiyyətlə tətbiq etməsin. Biz hər hansı bir maliyyə subyektinin biznesinə qadağa qoymağı və ya limitləməyi nəzərdə tutmuruq. Lakin bir şeyi deyə bilərik ki, hesablar üzərindən köçürmə olanda, qeyd elədiyim kimi, xərclər daha az olur və düşünürəm ki, banklar bu məsələni nəzərə alıb daha sərfəli şərtlərlə köçürmələri icra edə bilərlər. Bununla belə, kredit kartlarından "Açıq bankçılıq" çərçivəsində belə köçürmə olsa yenə komissiya tətbiq ediləcək".
"Açıq bankçılıq"la "Visa" və "Mastercard"ı bazardan sıxışdırıb, çıxarmaq mümkün deyil: "Doğrudur, "Visa" və "Mastercard"ın xərcləri çox olur, amma heç bir ölkədə sanskiya qoymadan onları bazardan kənarlaşdırmaq mümkün deyil. "Açıq bankçılıq" sadəcə bir alternativ kanal olaraq digər ödəniş aləti kimi təqdim olunur. Təbii ki, yenə də böyük dövriyyə ilkin vaxtlarda "Visa" və "Mastercard" üzərindən keçəcək, amma ehtimal edirəm ki, hansısa / banker.az

Banklar     Tarix: 15 may 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler pul qazanmaq rubl mezenne biznes krediti en son xeberler