Azərbaycanda aksiz vergisi üzrə daxilolmalar 7 % artıb
2023-cü ildə Azərbaycanda aksiz vergisi üzrə daxilolmalar 1 milyard 384,8 milyon manat proqnoza qarşı icra 1 milyard 452,2 milyon manat (67,4 milyon manat və yaxud 4,9 % çox), 2022-ci il müqayisədə isə 93,3 milyon manat və yaxud 6,9 % çox icra olunub.
Bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Məlumata görə, aksiz vergisi üzrə daxilolmalarda ölkədaxili əməliyyatların payı 1 milyard 213 milyon manat proqnoza qarşı 1 milyard 227,9 milyon manat (14,9 milyon manat və yaxud 1,2 % çox), gömrük orqanlarının payı isə 171,8 milyon manat proqnoza qarşı 224,3 milyon manat (52,5 milyon manat və yaxud 30,6 % çox) təşkil edib.
2023-cü ildə Azərbaycanda mədən vergisi üzrə daxilolmalar 162 milyon manat proqnoza qarşı icra 163,5 milyon manat (1,5 milyon manat və yaxud 0,9 % çox), 2022-ci il müqayisədə isə 2,6 milyon manat və yaxud 1,6 % az icra olunub.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 7 %-i və yaxud 11,4 milyon manat qeyri-neft sektorunun, 93 %-i və yaxud 152,1 milyon manatı neft sektorunun payına düşüb.
© "Report"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?