Azərbaycanda bu il hasil olunacaq neft və qazın həcmi açıqlanıb
Bu il Azərbaycanda 48 mlrd. kubmetr ətrafında təbii qaz hasil olunacaq.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı energetika nazirinin müavini Kamal Abbasov bildirib.
Onun sözlərinə görə, cari ildə ölkədə 30 mln. ton ətrafında neftin hasil olunması gözlənilir.
Kamal Abbasov onu da əlavə edib ki, ötən il Azərbaycanda 30 mln. tona yaxın neft hasil edilib, bunun da 25 mln. tonu ixraca yönəldilib.
Nazir müavininin sözlərinə görə, ötən il Azərbaycanda 48 mlrd. kubmetr civarında qaz hasil olunub ki, bunu 20 mlrd. kubmetrdən çoxu ixrac edilib. Ötən il ixrac olunan qazın 12 mlrd. kubmetri Avropaya, 9.5 mlrd. kubmetri isə Türkiyəyə nəql edilib.
Kamal Abbasov onu da qeyd edib ki, gələn il "Azəri-Çıraq-Günəşli" yataqları blokunda dərin qaz laylarının işlənilməsi çərçivəsində hasilatın başlanılacağı gözlənilir, bu da ölkədə "mavi" yanacaq hasilatının daha da artmasına şərait yaradacaq. / banker.az
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Qızılın qiyməti düşüb
Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd