Azərbaycanda daşınmaz əmlakın icbari sığortası niyə kütləvi hal almır?

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası niyə kütləvi hal almır?Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı potensialın təxminən 90%-dən istifadə olunmur.
"Report"un əldə etdiyi məlumata görə, hazırda ölkədə icbari qaydada sığortalamağın mümkün olduğu təxminən 1 milyon mənzil və fərdi ev olsa da, bunun cəmi 100 mini sığortalıdır.
Halbuki, Mülki Məcəllənin 180-ci maddəsinə görə, mülkiyyət hüququ olan, yəni özbaşına tikilməyən və haqqında sökülmək barədə qərar olmayan bütün əmlakları sığortalamaq mümkündür.
Sığorta ilə əhatə olunmuş 100 min əmlaka gəlincə isə, onların demək olar ki, hamısının sahibi müxtəlif təsir mexanizmlərinin hesabına sığorta şirkətlərinə üz tutub. Yəni, kimsə evini ipoteka ilə satdığı və yaxud evini girov qoyaraq bankdan kredit götürdüyü üçün məcbur olub, əmlakını sığortalayıb. Baxmayaraq ki, bu, elə də bahalı sığorta məhsulu deyil və əmlakın yerləşdiyi yaşayış məntəqəsindən asılı olaraq onun qiyməti 30-50 manat arasında dəyişir.
"Kütləvi satış üçün mexanizm yoxdur"
Sığorta bazarı üzrə ekspert Pərviz Quliyev deyir ki, ölkə vətəndaşlarının əksəriyyəti əmlak sığortasının faydası barədə həm az məlumatlıdır, həm də sığortanın kütləvi satışı üçün mexanizm yoxdur: "Azərbaycanda da digər ölkələrdə olduğu kimi sığorta xidməti mülkiyyət sahiblərinin xilaskarıdır və onlara qəzalar zamanı sığorta edilmiş əmlaka görə kifayət qədər məbləğ verilir. Sadəcə qanunla məcburiyyət olsa da, insanların böyük əksəriyyəti əmlaklarını sığorta etdirmirlər və onları bu işə məcbur edəcək bir mexanizm yoxdur".
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası niyə kütləvi hal almır?"Vəziyyət yaxşıya doğru gedir"
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev da hesab edir ki, əmlak sığortası ilə bağlı vəziyyət ürəkaçan deyil, amma tədricən yaxşıya doğru gedir: "Haqqında danışdığımız sığorta növü icbari olsa da, əhalinin və biznes subyektlərinin sığorta xidmətləri ilə bağlı məlumatlarının məhdud olması səbəbilə növ üzrə penetrasiya arzuolunan həddə deyil. Lakin icmal rəqəmlərinə nəzər salsaq görürük ki, daşınmaz əmlakın icbari sığortasına maraq tədricən və mərhələli şəkildə formalaşır. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 35.3 milyon manat sığorta haqqı təmin edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 milyon manat çoxdur. 2021-ci ilin ümumi sığorta statistikasından da görürük ki, daşınmaz əmlakın sığortası bazarı 36,6 % böyüyüb. Bu da onun göstəricisidir ki, növ üzrə stabil artım tempi təmin olunub və bu temp növbəti mərhələ üçün qorunub saxlanmaqdadır".
E.Mirsalayev qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası növünün bazar potensialından tam şəkildə istifadə olunması məqsədi ilə mütəmadi olaraq addımlar atılır: "Bildiyiniz kimi, artıq ikinci ildir ki, Azərbaycan Mərkəzi Bankı (AMB), ASA və İcbari Sığorta Bürosu (İSB) "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınmaz tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum çərçivəsində ölkə səviyyəsində sığorta maarifləndirməsi layihəsini icra edirlər. Layihə 3 ili əhatə edir. Layihənin indiki ikinci ili sığorta sinifləri, xüsusilə də daşınmaz əmlakın icbari sığorta növü ilə bağlı bilgiləndirməyə həsr olunub. İstər ümumi icmalda, istərsə də daşınmaz əmlakın icbari sığortası bazarındakı stabil böyüməni əsas tutaraq hesab edirəm ki, bu layihənin uğurlu nəticəsi növbəti mərhələdə daha aydın görünəcək".
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası niyə kütləvi hal almır?"Report" mövzu ilə bağlı İSB-yə də müraciət edib. Qurumdan bildiriblər ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" qanuna əsasən əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə tətbiq olunur. Bu sığorta növü üzrə həm hüquqi, həm də fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortalanması məcburidir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsinə təminat verir.
Bu növ üzrə elektronlaşmanı təmin etmək məqsədilə İcbari Sığorta Bürosu (İSB) və İqtisadiyyat Nazirliyinin informasiya sistemləri arasında inteqrasiyaların təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, müvafiq hüquqi bazanın formalaşdırılması məqsədilə, AMB qanunvericilkdə əlaqədar dəyişikliklərin edilməsi üzrə də tədbirlər görməkdədir.
AMB, ASA və İSB arasında imzalanmış "Qarşılıqlı anlaşma haqqında Memorandum"a əsasən icra edilən "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi layihəsi" çərçivəsində bütün sığorta məhsulları, o cümlədən daşınmaz əmlakın icbari sığortası üzrə əhalinin və biznes subyektlərinin maarifləndirilməsi, təbliğat və təşviqat işləri də davam etdirilir.

Maliyyə     Tarix: 08 avqust 2022

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler biznes ideyalari dollar mezenne depozit faizleri bitcoin