Azərbaycanda əmlak girovu əsasında biznes kreditləri veriləcək
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi ilə birlikdə ölkədə əmlak girovu əsasında biznes kreditlərinin təmin edilməsi üçün milli mexanizm hazırlayır.
Bunu IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib.
O vurğulayıb ki, maliyyələşdirmə ilə yanaşı, IFC dayanıqlı maliyyələşdirmə təcrübələrini inkişaf etdirməyə və idarəetməni təkmilləşdirməyə yönəlmiş maliyyə institutlarına məsləhət dəstəyi verir.
"Biz KOB-lara inventar və ya avadanlıq kimi daşınar əmlakdan girov kimi istifadə etməyə imkan verən aktivlərə əsaslanan maliyyələşdirmə alətlərinin təşviqinə xüsusi diqqət yetiririk. Bu, daşınmaz əmlakı olmayan müəssisələrin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu kontekstdə biz Azərbaycan Banklar Assosiasiyası ilə bu cür kreditlərin təmin edilməsi üçün milli mexanizm hazırlamaq üzrə əməkdaşlıq edirik", – İ.Duarte qeyd edib.
O vurğulayıb ki, IFC mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini təmin edən Azərbaycan bankları, o cümlədən "Bank Respublika" ASC ilə fəal əməkdaşlıq edir. "Biz bu istiqaməti həm hazırkı, həm də yeni tərəfdaşlarla davam etdirmək və genişləndirmək niyyətindəyik". / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?