Azərbaycanda dəmiryolu stansiyalarında ödənişsiz "Wi Fi" zonaları yaradılacaq
Ölkədaxili marşrutlar üzrə qatarlarda "Wi Fi" şəbəkəsinin keyfiyyətli qurulmasını təmin etmək baxımından "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb.
Bu barədə ADY-dən məlumat verilib.
Razılaşmaya əsasən mobil operatorlar ölkədaxili marşrutlar üzrə mobil rabitənin keyfiyyətini və davamlı təminatını yoxlamaq məqsədilə Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə monitorinqlər həyata keçiriblər. Monitorinqin nəticələrinə əsasən, sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək. Bundan sonra ADY qatarlarda "Wi Fi"xidmətinin əlçatan olması istiqamətində müvafiq addımları atacaq.
Bununla yanaşı hazırda Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Ağstafa stansiyalarında ödənişsiz "Wi Fi" zonalarının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb.
Abşeron dairəvi, Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə yerləşən və daha çox sərnişin qəbul edən digər stansiyalarda da ödənişsiz wifi zonalarının yaradılması mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, ötən il ADY "Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər" layihəsi çərçivəsində İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması məqsədilə ölkədə fəaliyyət göstərən şirkətlərdən biri ilə 4 milyon 307 min 196 manat məbləğində müqavilə imzalayıb. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə