Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45%-ni təşkil edir
Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi ödəniş kartları ilə aparılan əməliyyatların 44.5%-ni təşkil edir.
Bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda böyük həcmdə elektron ticarət dövriyyəsi var: "Təsadüfi deyil ki, baş verən bir çox fırıldaqçılıq hadisəsi burada baş verir. Hazırda bu sektorda baş verən fırıldaqçılıq hadisələri ilə bağlı statistik məlumatlar isə yoxdur. Növbəti stratejik dövrdə fırıldaqçılığa qarşı mübarizə tədbiri olaraq maarifləndirmə və maliyyə sektorunda çalışan şəxslərin bilik və bacarıqlarının artırılması hədəflənir."
O qeyd edib ki, bu sahədə ekspertlərin sayının artılmasına, mövcud ekspertlərin isə bilik və bacarıqlarının artırılmasına ehtiyac var. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?