Azərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərir

Azərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərirAzərbaycanda yaradılan ilk və ən böyük mavigilə təsərrüfatında bu mövsüm 100 tona yaxın məhsul toplanacaq.
Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yerləşən mavigilə bağlarında məhsul yığımının qızğın çağıdır. Mavigilənin toplanmasına iyunun əvvəllərindən başlanılıb. Yığım prosesi iki ay davam edir və iyul ayının sonlarında yekunlaşacaq.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
2018-ci ildən fəaliyyətə başlayan təsərrüfatda mavigilənin Azərbaycan iqliminə uyğunlaşdırılmış müxtəlif sortları becərilir.
Təsərrüfatın sahə rəisi Əli Qəmbərov bildirib ki, iyirmi hektar ərazidən ötən il 80 tona yaxın məhsul toplanıb. Bu il isə təsərrüfatda məhsuldarlıq daha yaxşıdır.
"Bizim təsərrüfat 7 ildir fəaliyyət göstərir. İlk dəfə mavigilə kollarından 2020-ci ildə məhsul toplamışıq. Hazırda təsərrüfatımız genişləndirilib. Bu mövsüm məhsul yığımına iyunun ilk günlərindən başlamışıq. Məhsuldarlıq yaxşıdır. Hər gün yığım edirik. Məhsul toplanmasına günəmuzd işçilər cəlb olunur. Təsərrüfatın daimi 30 işçisi var. Yığım dövründə isə elə günlər olur ki, 200 nəfərə yaxın işçi cəlb edilir. Məhsul kollardan əllə toplanaraq, 0,5 və 0,25 kiloqramlıq qablara yığılır. Qablaşdırılan məhsul soyuducu anbarda saxlanılır və oradan satışa çıxarılır. Hazırda məhsulun bir kiloqramının topdansatış qiyməti 24 manatdır", - deyə Əli Qəmbərov söyləyib.
Təsərrüfatda becərilən məhsulun 80 faizi xaricə ixrac olunur. Azərbaycan mavigiləsinin ixracı əsasən MDB və Körfəz ölkələrinə həyata keçirilir. Gələcəkdə Avropa ölkələrinə də məhsul satılması hədəflənib. Xarici bazara çıxarılan məhsulun keyfiyyəti, ölçüsü, rəngi və ən əsas da tərkibi standartlara cavab verməlidir.
Məhsulun bir hissəsi isə yerli bazarda satılır. Mavigilə xüsusi avtomobillərlə Bakıya daşınır və satış mərkəzlərinə paylanılır.
Siyəzəndəki mavigilə təsərrüfatı qurulanda Azərbaycana ilk dəfə 4 müxtəlif ölkədən 11 çeşiddə mavigilə gətirilib. Avstraliya, Çili, Niderland və İspaniyadan alınan bitkilərdən yalnız dörd sortu yerli əraziyə uyğunlaşıb. Həmin sortlardan üçünün becərilməsi əlverişli olduğu və kommersiya maraqlarına cavab verdiyi üçün becərilməsinə başlanılıb.
Təsərrüfatda aqrotexniki qulluq zamanı innovativ metodlardan istifadə olunur. Suvarma üçün ultrabənövşəyi filtrlərdən və osmozdan istifadə edilir ki, bu da bitki xəstəlikləri riskini aradan qaldırır. Bitkiləri tozlandırmaq üçün "Bambus" arılarından istifadə olunur.
Əli Qəmbərov bildirib ki, mavigilə bağları ilboyu aqrotexniki qulluq tələb edir. Yetişməmişdən əvvəl, meyvə vaxtı və məhsul toplandıqdan sonra bitkilərə qulluq etmək lazımdır. Xüsusilə budamaya diqqət etmək vacibdir. Növbəti il üçün məhsuldarlığın səviyyəsi, mavigilənin keyfiyyəti, ölçüsü budamadan çox asılıdır.
"Burada becərilən bitkilər Azərbaycan iqliminə tam uyğunlaşıb. Amma biz mavigiləni xüsusi torfla doldurulmuş dibçəklərdə yetişdiririk. Çünki Siyəzəndə torpağın pH (turşuluğu) səviyyəsi yüksəkdir. Bir hektarda 8 mindən çox bitki yerləşir. Bu bitkilərin kökləri mineral gübrələrə çox həssasdır. Mavigilənin yetişdirilməsində pestisidlərdən istifadə olunmur. Bu da onu tam orqanik edən amillərdəndir. Bitkilər damlama üsulu ilə suvarılır", - deyə o əlavə edib.
Mavigilənin ən böyük üstünlüyü antioksidantla zəngin olmasındadır. Antioksidantlar insan bədənində iltihab prosesləri ilə mübarizə aparır və sərbəst radikalları neytrallaşdırır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edildikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı azalır. Mavigilənin şəkər miqdarı çox az olduğundan diabet xəstəliyindən əziyyət çəkənlər üçün də xeyirlidir. Bu giləmeyvənin 100 qramında cəmi 56 kalori var. Buna görə də idmanla məşğul olanlar üçün mavigilə olduqca faydalıdır.
© Azərtac
Azərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərirAzərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərirAzərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərirAzərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərirAzərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərir/ marja.az

Maliyyə     Tarix: 05 iyul 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti