Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK

Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİKKənd Təsərrüfatı Nazirliyinin Aqrar Subsidiya Şurasının qərarına əsasən, əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib.
Əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı, günəbaxan əlavə edilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günəbaxan – yerli bitki yağları sənayesinin əsas xammal mənbələrindən biri olmaqla, yüksək maya dəyəri və iqlim risklərinə həssaslığı ilə seçilir. Qeyd edək ki, Azərbaycanın müxtəlif ərazilərində 13 min hektardan artıq ərazidə günəbaxan bitkisi əkilir. Əkin sahələrinin böyük hissəsi iqlim risklərinin böyük olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.
Günəbaxanın sığorta tələbi olan bitkilər arasına əlavə edilməsi bu bitki üzrə əkin sahələrinə dəyəcək zərərlərin kompensasiya edilməsinə, günəbaxan əkini ilə məşğul olan fermerlərin risklərini qarşılamağa imkan verəcək.
Azərbaycanda tətbiq olunan aqrar sığorta mexanizmi dövlət dəstəkli olduğu üçün sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılanır, bu da fermerlərə cüzi ödəniş etməklə əkin sahələrini sığortalamağa imkan verir. Məsələn, ölkədə iqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq fermerə cəmi 12,15 manata başa gəlir.
Aqrar Subsidiya Şurasının qərarı ilə əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan əkin sahələrinin minimum ölçüsü isə 7 hektar olaraq müəyyənləşib. Sığortalanan əkin sahələrinə minimum tələbin 10 hektardan 7 hektara azaldılması son illər iqlim risklərinin kəskin artması və bu sahədə fəaliyyət göstərən təsərrüfatların risklərinin daha yaxşı qorunması məqsədi daşıyır. Yeni qərar nəticəsində aqrar sığorta ilə əhatə olunacaq əkin sahələri genişlənəcək və qorunan təsərrüfatların sayı artacaq. Eyni zamanda, məhsuldarlıq və iqlim risklərini nəzərə aldıqda, bu qərar fermerlərə ciddi maliyyə yükü yaratmayacaq.
Aqrar Subsidiya Şurasının qərarı ilə bağçılıq subsidiyası üzrə sığorta tələbi də dəyişdirilib. Yeni qərara əsasən, bağçılıq subsidiyası alınması üçün yeni salınmış meyvə bağları "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq azı 3 il müddətinə sığortalanmalıdır.
Bu yenilik yeni salınmış bağların 3 il müddətində sığorta ilə təmin olunmasını və risklərə qarşı daha dayanıqlı olmasını təmin edəcək.
Sığorta tələbinin ilk 3 il müddətinə tətbiq edilməsi təsadüfi deyil. Meyvə bağları ilk 3 il ərzində məhsula düşür və iqtisadi dəyər yaradırlar. Bu dövrdə təbiət hadisələri – şaxta, dolu, qasırğa və sair – bitkilər üçün daha böyük risk yaradır. Sığorta haqqı isə olduqca aşağı olduğuna görə, fermerlər üçün demək olar ki, maliyyə yükü yaratmır.
Eyni zamanda, ilk 3 il ərzində meyvə bağlarının gəlirliliyi aşağı olduğuna görə, fermerlər maliyyə risklərinə qarşı həssas olurlar, yəni istənilən səbəbdən yaranan itki onların sonrakı fəaliyyətini təhlükə altına ala bilər.
Buna görə də meyvə bağları üçün 3 illik sığorta tələbi investisiyaların qorunmasını və fermerlərin dayanıqlığını təmin edəcək.
Qeyd edək ki, Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri sürətlə artır. 2026-cı il ərzində indiyədək Aqrar Sığorta Fonduna 6 622 sığorta müqaviləsi üzrə 77 min hektar əkin ərazisinə zərər dəyməsi ilə bağlı müraciət daxil olub ki, bunlardan 40 min hektar əkin ərazisinə dolu riski, 26 min hektar əkin ərazisinə sel-subasma riski ilə bağlı olub.
2026-cı il üzrə bu günə olan müraciətlərə əsasən, ümumilikdə fermerlərə 4,5 mln manata yaxın zərər ödənişlərinin edilməsi proqnozlaşdırılır ki, bu ödənişlərin 1,5 mln manatı dolu, 1,1 mln manatı isə sel-subasma riski üzrə həyata keçiriləcək.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini qarşıdan gələn payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür. / marja.az

Banklar     Tarix: 08 sentyabr 2026

Oxşar xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq

Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankd

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı

Azərbaycan kapital bazarında yeni investisiya imkanı yaranıb. "Ziraat Bank Azərbaycan" ASC-nin 15 milyon manat həcmində istiqraz buraxılışının ikinci tranşı üzrə abunə yazılışına bu gündən start verilib. İstiqrazla

"Bank VTB (Azərbaycan)"ın kredit portfeli 60 milyon manat artıb

"Bank VTB (Azərbaycan)" ASC-nin kredit portfeli 2026-cı ilin ilk 9 ayında 60 milyon 406 min manat və ya 24,8% artaraq 304 milyon 43 min manata çatıb. Bankın kredit portfelində ən yüksək artım istehlak kreditlər

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

"AllAllFinance"ın xalis mənfəəti 14% artıb

"AllAllFinance" ASC 2026-cı ilin birinci yarısını 3 milyon 218,5 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 395,4 min manat və ya 14% çoxdur. xəbər verir ki, bu, şirkətin açıqladığ

Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib

Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər edib. Bu barədə Dünya Bankı Qrupunun məlumatında bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredi

Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)

Azərbaycanda bankların ümumi depozit portfeli 2026-cı ilin ilk doqquz ayında 11% artaraq 42,26 milyard manata çatıb. xəbər verir ki, bu, bankların maliyyə hesabatları əsasında aparılan hesablamalardan məlum olur. Həcm üzr


iqtisadi xeberler dollar kursu bank faizleri avtomobil xeberleri iqtisadiyyat xeberleri