Azərbaycanda gələn ildən banklar Hesab Məlumatları Xidməti göstərəcək
2025-ci ildəb Azərbaycanda fəaliyyət göstərən bankların Hesab Məlumatları Xidməti göstərməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, qurumun İdarə Heyətinin təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində yerli sektorlarda tənzimləmə mühitinin inkişafı təşəbbüsü ilə "Açıq bankçılıq" yanaşmasının tətbiqinin sürətləndirilməsi və "Açıq maliyyə" yanaşmasına keçidin təmin edilməsi nəzərdə tutulub. Gələn il AMB Hesab Məlumatları Xidməti (AİS) üzrə testləri bitirməyi və istehsalat mühitində banklara müvafiq həlli təqdim etməyi planlaşdırır. Ödəniş Əməliyyatları Xidməti (PİS) üzrə yeni funksionallığın da istifadəyə verilməsi nəzərdə tutulub. Bank və AMB-dən müvafiq lisenziyalar əldə etmiş elektron pul və yaxud ödəniş təşkilatlarının inteqrasiyası planlaşdırılır. Eyni zamanda "Açıq maliyyə" yanaşması üzrə konsepsiyasının formalaşdırılması və təsdiqi nəzərdə tutulub.
Bu həllərə ilk olaraq kommersiya banklarının inteqrasiyasının tamamlanması, daha sonra AMB-dən müvafiq lisenziyaların əldə etmiş elektron pul və yaxud ödəniş təşkilatlarının qoşulması nəzərdə tutulub.
"Yerli sektor və beynəlxalq bazar üzrə araşdırmaların aparılması və təhlili nəticəsində ölkəmizin bank sektorunun infrastruktur səviyyəsində "Açıq Bankçılıq" yanaşmasının tətbiqinə hazır olduğu müəyyən edilib", – deyə məlumatda qeyd olunub. / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?