Azərbaycanda ipoteka kreditləri üzrə məbləğlərin artırılmasına ehtiyac varmı?

Azərbaycanda ipoteka kreditləri üzrə məbləğlərin artırılmasına ehtiyac varmı?İpoteka Kredit və Zəmanət Fondu (İKZF) ipoteka kreditləşməsi ilə bağlı prosesi nəzarətdə saxlayır, gələcəkdə ehtiyac olarsa bunun üçün ayrılan məbləğə yenidən baxılıb, artırıla bilər.
Bunu İKZF-nin baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan "İqtisadi zona" verilişində deyib.
İKZF-nin baş direktoru qeyd edib ki, bu il üzrə alınmış ipoteka kreditlərinin təxminən 80%-i 100 min manatdan aşağıdır: "Ümumilikdə ipoteka kreditləri üzrə orta göstərici 81 min manat, alınan yaşayış sahələri üzrə isə 119 min manat təşkil edir. Regionlarda bu məbləğ bir qədərdə aşağıdır".
İ. Kələşov bildirib ki, hazırda İpoteka Kredit və Zəmanət Fondu tərəfindən verilən adi ipoteka kreditinin həcmi 150 min manat, güzəştli ipoteka kreditinin məbləği isə 100 min manat təşkil edir.
"Apardığımız təhlilər qeyd olunan məbləğlərin vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına kifayət etdiyini göstərir. Məbləğin artırılması ilə bağlı deyə bilərəm ki, Fondun əsas hədəfi aşağı və orta gəlirli əhali qrupudur. Məbləğ artıqca, bu aylıq ödəniş məbləğinə də təsir edir. Son illər ipoteka kreditləşməsi sahəsində yaradılan standartlar, ümumiyyətlə rəqabət qabiliyyətli şəraitin yaradılması nəticəsində kommersiya bankları tərəfindən daxili ipoteka proqramları təklif olunur. Bu proqramlar vasitəsilə 250 min manat və daha yuxarı məbləğdə ipoteka krediti almaq mümkündür. Yüksək məbləğdə ipoteka krediti almaq istəyən müəyyən əhali qrupumuzun tələbi bankların daxili ipoteka proqramı vasitəsi ilə təmin edilir", – o qeyd edib.
İ. Kələşov bildirib ki, bu günə Azərbaycanda kommersiya bankları daxili ipoteka proqramı vasitəsilə 9 mindən çox şəxsə 500 milyon mnatdan çox kredit verib. / banker.az

Banklar     Tarix: 23 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler valyuta mezennesi dollar mezenne rubl mezenne biznes krediti