Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstana ixracı üçün sertifikatlar təqdim olunub

Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstana ixracı üçün sertifikatlar təqdim olunubİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı tərəfindən yenidən Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstan Respublikasına ixracı üçün sərbəst satış sertifikatları təqdim olunub.
Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, sərbəst satış sertifikatı Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixrac potensialının artırılmasına, xüsusilə Avropa bazarlarında yerli məhsulların mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir:
Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstana ixracı üçün sertifikatlar təqdim olunub"Bu sertifikat təkcə hüquqi sənəd deyil, həm də Made in Azerbaijan brendinin keyfiyyət göstəricisidir. Bolqarıstan kimi Avropa İttifaqına üzv ölkələrə ixrac üçün tələb olunan texniki və sanitar-epidemioloji tələblərə uyğunluğu təsdiqləyən bu sənəd yerli istehsalçıların beynəlxalq bazarlara daha sürətli və rəqabətədavamlı şəkildə çıxmasına şərait yaradır."
A. Qədəşov əlavə edib ki, "Azexport" portalı sahibkarlara xidmətlər göstərməklə yanaşı, onların məhsullarının yeni bazarlara çıxışına dair strateji dəstək də verir.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, "Azexport" portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2025-ci ilin iyun ayına kimi 761 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi "Made in Azerbaijan" məhsullarının əvvəllər ixracda çətinlik yaranan 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar "www.azexport.az"  portalı vasitəsilə müraciət edə bilərlər. / marja.az

Maliyyə     Tarix: 17 iyun 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti