Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdə tutulurmu?
Azərbaycanda emissiya olunan karbon vahidlərinə görə tariflərin müəyyən edilməsi istisna edilmir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
"Bu gün ölkəmizdə karbon emissiyası ilə bağlı ayrıca vergilər və ya emissiya ticarət sistemi mövcud deyil. Ancaq nəzərə alınmalıdır ki, 2026-cı ildən Avropa İttifaqı sərhəddə karbon ticarət sistemi tətbiq etməyə başlayacaq. Bu sistemin tətbiqi artıq karbona görə vergi tətbiq etməyən dövlətləri düşünməyə vadar edir ki, bu vergilərin tətbiq edilməməsi yerli sahibkarların ixrac bazarlarında rəqabətinə necə təsir edəcək.
Sərhəddə karbon vergisini tətbiq edilməməsi investorları və ya sahibkarlara vergi öhdəliklərindən azad edirmi xeyir, ancaq həmin şəxslər öhdəliklərdən, hesabatlarda, bəlkədə gələcəkdə intizamlı, yaşıl qrupda - inkişaf edən qrupda, belə desək müsbət sahibkarlar klubunda yer almasına maneə ola bilər. Buna görə də sahibkarların könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyalarını tətbiq etməlidirlər", - S. Musayeva bildirib.
Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlər üçüncü ölkələrdən idxal olunan bəzi məhsullara sərhəddə karbon vergisi tətbiq etmək barədə razılığa gəliblər. Belə ki, üçüncü ölkələrdən Aİ-yə idxal edilən sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi tətbiq olunacaq. Bu qaydalar dəyəri 150 avrodan aşağı olan mallara şamil edilməyəcək.
© "Report"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?