"Azərbaycanda kredit faizi ciddi şəkildə enməyəcək" - BANKİR

Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə, faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək üçün bu gündən sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limit ləğv edilib. Bu ilin aprel ayından bu limit 25 milyon manatdan 35 milyon manata artırılmışdı.
Bu alət əsasən banklararası bazarda əməliyyatları aktivləşdirmək məqsədilə tətbiq edilir. AMB limitin ləğvini son aylar banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsi ilə izah edir. Bununla da daimi imkan aləti öz klassik funksiyasını yerinə yetirməyə başlayacaq ki, bu da banklararası pul bazarında faizlərin AMB-nin faiz dəhlizi daxilində formalaşmasına şərait yaratmalıdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
AMB-nin qərarını şərh edən "Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov qeyd edib ki, sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limit indiki şəraitdə məntiqli və əsaslı deyildi: "Banklar günün sonuna limitdən [35 milyon manatdan] artıq likvid vəsaitlərinin olduğu zaman başqa bank vasitəsilə yerləşdirmə aparmağa və yaxud faizə hansısa şəkildə şərik olmağa çalışırdılar. İndi isə bankların öz adından yerləşdirmə [illik 7,5 %-lə] aparmağa imkanı olacaq. Limiti tətbiq edən zaman düşünülürdü ki, limitdən yuxarı bu alətdən istifadə olunmasın, lakin hazırda bazarda likvidlik kifayət qədərdir və ciddi şəkildə kreditləşmə aparılır".
Onun sözlərinə görə, bununla bağlı hər gün banklar kifayət qədər kredit təklifi ilə SMS-lər göndərir: "Son aylar bazarda da çox böyük canlanma müşahidə olunur. Çünki Azərbaycan əhalisinin gəlirləri yüksəlir. AMB-nin, Dövlət Neft Fondunun valyuta ehtiyatları artır, Qarabağda görülən işlər iqtisadiyyata müəyyən təsir lər göstərir. Bu səbəbdən də bankların likvidliyində ciddi artım var və bazarda kifayət qədər güclü rəqabət hiss olunur. Regionlarda isə bankların aktiv fəaliyyətə başladıqlarını görürük".
Bununla yanaşı A. Həsənov düşünür ki, hazırda likvidlik məsələsi problemdir: "Likvidliyin çox olmasına baxmayaraq bankların kreditləri aşağı faizlə verməməsinə təsir göstərən səbəblərdən biri inflyasiyadır [12,2 %]. Bunlar biri-biri ilə bağlı olan məsələlərdir və sırf Azərbaycanla bağlı deyil, dünyada gedən prosesdir. Pul kütləsi artdıqca inflyasiya da artır. Biz də likvidliklə bağlı problem olmayan zaman depozitlər üzrə faizləri aşağı salmağa başladıq. Fikir verdik ki, depozit faizini azaltmağa başladığımız zaman depozit portfeli də azalmağa başladı.
Kreditin mahiyyəti əsasən cəlb edilən pulların mayasından - bu da əsasən depozitdir - risk faktorundan və rəqabətdən ibarətdir. Tələb varsa və tələbi qarşılayan faktlar təxminən eyni vəziyyətdədirsə bu zaman kredit faizi formalaşır. Hesab edirəm ki, Azərbaycanda kredit faizi ciddi şəkildə enməyəcək. Azərbaycanda sahibkarların sayı kredit portfeli ilə bərabər səviyyədə artmır. Məsələn, əvvəl 3-4 min manat kredit götürən eyni müştəri indi 10 min manat kredit götürür. Bu da kredit portfelinin sahibkarın sayından daha sürətlə böyüməsinə gətirib çıxarır".
A.Həsənov hesab edir ki, müştərilərə depozitlərdən əlavə investisiya imkanları da yaratmaq olar və bankların platformaları vasitəsilə onlar pullarını qiymətli kağızlara qoymaq imkanı əldə edə bilərlər.
"Yelo Bank" rəhbərinin sözlərinə görə, kredit faizlərinə müsbət təsir edən amillərdən biri də ölkədəki fondlardır: "Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu və fərqli fondlar var. Onların cəlbedici şərtləri mövcuddur. Lakin kredit faizinə əsasən depozit faizi təsir edir. Depozit faizinə isə real bazarda olan vəziyyət, insanların rifahı daha çox təsir edir. İnsanlar yığım imkanı azaldıqda banka daha az pul yatıracaqlar. Müşahidə edirəm ki, müştərilər idxal etdikləri malın bahalaşmasından narahatdırlar. Malın qiyməti artdıqdan sonra idxal etməkdənsə onlar banklardan kredit götürüb daha çox məhsul gətirməyi üstün tuturlar. Bu kreditləri də təmin etmək üçün banklar aqressiv yığım etməlidir. Depozitin də daha aqressiv yığıma cəlbedici olması üçün onu yaxşı şərtlə təqdim etmək lazımdır.
Düşünürəm ki, yaxın illərdə depozitə yox, qiymətli kağızlara yatırım etmək istəyi artacaq. Bank müştərinin riskini üzərinə götürüb onun pullarını idarə edir. Depozit artımından asılı olaraq bunu həyata keçirmək mümkündür və burada potensial var".
Son 15 ildə (2007-2022-ci illərdə) Azərbaycanda manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 2,84 faiz bəndi azalaraq ötən ilin sonuna 14,13 % təşkil edib. Xarici valyutada verilən kreditlərin faiz dərəcəsi isə eyni dövr əzrində 11,41 faiz bəndi azalaraq 4,85 %-ə düşüb.
Hesabat dövründə banklar tərəfindən milli valyutada cəlb edilən depozitlər üzrə orta faiz dərəcəsi 2,76 faiz bəndi aşağı düşərək bu ilin əvvəlinə 8,6 % təşkil edib. Xarici valyutada qəbul olunan əmanətlər üzrə faiz dərəcəsi isə 10,8 faiz bəndi azalaraq 1,41 %-ə enib.
© "Report"

Banklar     Tarix: 15 avqust 2023

Oxşar xəbərlər

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes qurmaq depozit faizleri 1000 manatla biznes