Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: ®Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların ali təhsilə hazırlığına, şəxsi və peşəkar inkişafına, gələcək karyera seçimlərinə dəstək olmaqdır.
Proqramın ikinci ilində daha altı iştirakçı ali məktəbə qəbul olub. Məryam Rzayeva ADİU-da statistika, Zərifə Əbdülxalıqova Qarabağ Universitetində biologiya, Şəbnəm Zülfiyeva BSU-da tərcüməçilik, Aynur Şıxverdiyeva ADPU-da məktəbəqədər təhsil, Zeynəb Kərimli və Nəzrin Abbasova isə Qərbi Kaspi Universitetində su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alacaqlar. Binə, Buzovna, Qusar və Ağcabədidən olan gənclərin dördü ödənişsiz əsaslarla, ikisi isə Bir ekosisteminin dəstəyi ilə təhsil alacaq.
"Qızların təhsilinə sərmayə yatırmaq, əslində, gələcəyə edilən investisiyadır", – deyə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə gənclərlə görüşdə bildirib. "Bizim üçün "Arzumuz var!" təkcə təhsil imkanının yaradılması deyil. Bu, qızların potensialını kəşf etməsi, müstəqil qərarlar verməsi və cəmiyyətdə öz yerini inamla tutması üçün yaradılmış güclü bir platformadır. İnanırıq ki, bugünkü imkanlar sabahın daha intellektual və hazırlıqlı nəslini formalaşdıracaq".
Daha sonra çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, qurumun bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib: "Dövlət Komitəsi olaraq tərəfdaşlarımızla birgə 2021-ci ildən etibarən "Qızların təhsilinə dəstək" layihəsini uğurla həyata keçiririk. Əsas məqsədimiz yüksək potensiala malik qızlarımızın ali təhsilə əlçatanlığını təmin etməkdir. Bu gün həmin layihənin önəmli qolu olan – Bir ekosistemlə birgə həyata keçirdiyimiz "Arzumuz var" proqramı çərçivəsində tələbə adı qazanan bütün qızlarımızı təbrik edir, onlara təhsil həyatlarında davamlı uğurlar arzulayıram".
"Arzumuz var!" proqramının dəstəyi qızların universitetə qəbul olunması ilə yekunlaşmır. Təqaüdçülər il ərzində mentorluq dəstəyi alır, stresin idarə olunması, ictimai nitq və vaxtın idarə edilməsi kimi mövzularda təlimlərə qatılırlar. Rəqəmsal bacarıqlarını inkişaf etdirmələri üçün zəruri texniki imkanlarla təmin olunan iştirakçılar real iş mühiti ilə də tanış olmaq imkanı əldə edirlər. Növbəti mərhələdə dəstək tədbirlərinin qızların şəxsi və peşəkar inkişafına yönəldilməsi nəzərdə tutulur. Onların yeni bacarıqlar qazanması, təcrübə proqramlarında iştirak etməsi və gələcək peşə seçimlərini maraq və bacarıqlarına uyğun daha inamla formalaşdırması üçün imkanlar yaradılacaq.
Hazırda proqramın İsmayıllı, Qax, Lənkəran, Qusar və Xocalıdan olan daha yeddi iştirakçısı növbəti ilin qəbul imtahanlarına hazırlaşır. Ötən il tələbə adını qazanan beş gənc isə artıq universitetdə ikinci təhsil ilinə başlayıb və Bir ekosistemi onların təhsil və inkişaf yolunda dəstəyini davam etdirir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az  / banker.az

Banklar     Tarix: 17 sentyabr 2026

Oxşar xəbərlər

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma


iqtisadi xeberler dollarin kursu bu gun bitcoin qiymeti kripto bitkoin