"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Marja.az xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yığıncağın gündəliyinə Bankın korporativ idarəetməsi, Müşahidə Şurasının tərkibi, Nizamnaməyə dəyişikliklər və aidiyyəti şəxslərlə nəzərdə tutulan müqavilələrin təsdiqi daxil olmaqla bir sıra mühüm məsələlər daxil edilib.
Gündəlikdə əvvəlki tarixlərdə keçirilmiş səhmdarların ümumi yığıncaqlarında bəzi məsələlər üzrə qəbul olunmuş qərarlara yenidən baxılması və həmin məsələlər üzrə yeni müvafiq qərarların qəbul edilməsi də nəzərdə tutulur.
Bundan başqa, səhmdarlar "Bank Respublika" ASC-nin Müşahidə Şurasının tərkibi ilə bağlı məsələni müzakirə edəcəklər.
Yığıncaqda Bankın Nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiqi, Bank tərəfindən aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələrin təsdiqi və "Bank Respublika" ASC-nin Mükafatlandırma Siyasətinin qəbul edilməsi də gündəlikdə yer alıb.
İclasın gündəliyi ümumilikdə aşağıdakı məsələləri əhatə edir:
1. İclasın sədrinin və katibinin təyin edilməsi;
2. İclasın gündəliyinin təsdiq edilməsi;
3. Əvvəlki ümumi yığıncaqlarda bəzi məsələlər üzrə qəbul edilmiş qərarlara yenidən baxılması və müvafiq qərarların qəbul edilməsi;
4. "Bank Respublika" ASC-nin Müşahidə Şurasının tərkibi;
5. Bankın Nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiqi;
6. Aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələrin təsdiqi;
7. Bankın Mükafatlandırma Siyasətinin təsdiqi;
8. Digər məsələlər.

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
SMM nədir?
Bill Qeyts kimdir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Proqramçılar üçün TOP-5 Freelance sayt