ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbaycan üzrə "Ən yaxşı fərdi rəqəmsal bank" və "Ən innovativ fərdi rəqəmsal bank" mükafatlarına layiq görülüb. Xatırladaq ki, "Global Finance" jurnalı "Ölkə üzrə ilin ən yaxşı bankı" mükafatını da bu ilin mayında ABB-yə təqdim edib.
Bank bu yüksək mükafatları müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanaraq mütəmadi inkişaf etdirdiyi rahat, əlçatan, təhlükəsiz rəqəmsal bankçılıq alətlərinə, həmçinin süni intellekt həllərinə görə layiq görüb.
"Banklar süni intellektdən, avtomatlaşdırmadan və data analitikasından istifadə imkanlarını genişləndirdikcə, rəqəmsal bankçılıq maliyyə sektorunun ən mühüm prioritet istiqamətlərindən birinə çevrilir. Sürətə, fərdiləşdirilmiş xidmətlərə və qüsursuz rəqəmsal təcrübəyə artan tələblər bankları innovasiyalara sövq edir. Bununla yanaşı, təhlükəsizliyin, dayanıqlılığın və tənzimləyici tələblərə uyğunluğun gücləndirilməsi də əsas diqqət mərkəzində qalır" - "Global Finance" jurnalının şərhində bildirilir.
Qeyd edilir ki, "Global Finance"ın "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" siyahısında yer alan maliyyə institutları bütün dünyada rəqəmsal bankçılıq üçün yeni standartlar müəyyənləşdirən banklardır. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.
"Global Finance" jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 195-ə yaxın ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Banklar     Tarix: 17 sentyabr 2026

Oxşar xəbərlər

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri


iqtisadi xeberler bitcoin qiymeti bank faizleri online pul qazanmaq leobank kart