Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Bir 1000-dən çox gənci ®Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 1000-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellekt istiqamətləri üzrə təhsil alan tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.
Festival gənclərə texnologiya sahəsində baş verən dəyişiklikləri birbaşa bu istiqamətlərdə çalışan mütəxəssislərdən öyrənmək, real iş təcrübəsi ilə tanış olmaq və gələcək karyera yolları barədə daha aydın təsəvvür formalaşdırmaq imkanı verib. İştirakçılar Bir ekosisteminin fəaliyyəti və yaratdığı imkanlarla yanaşı, "Süni intellekt və datanın real biznes mühitində tətbiqi", "Texnologiyanın gələcəyi və süni intellektin peşələrə təsiri" kimi mövzular ətrafında fikir və təcrübələrlə tanış olublar.
Festival çərçivəsində Bir ekosisteminin müxtəlif istiqamətləri üzrə rəhbər nümayəndələri – Aygün Musayeva, Maksim Evdokimov, Buğra Şen və Fariz Lətifov çıxış ediblər. Sual-cavab sessiyasında iştirakçılar onları maraqlandıran məsələləri spikerlərlə müzakirə edib, suallarına birbaşa cavab almaq imkanı qazanıblar. Festivalın interaktiv və əyləncə dolu proqramı isə gün ərzində gənclərin ünsiyyət qurmalarına, vaxtlarını maraqlı keçirmələrinə və yeni əlaqələr qurmalarına şərait yaradıb.
Layihə haqqında öz fikirlərini sosial şəbəkə hesabında paylaşan Bir ekosisteminin rəhbəri Fərid Hüseynov "Spark"ın ildən-ilə böyüyərək daha çox gəncin öz uğur hekayəsinə başladığı platformaya çevrilməsini hədəflədiyini vurğulayıb: "Gələcəyi qurmaq sadəcə yeni texnologiya gətirmək deyil, ona ruh verən gənclər üçün doğru mühit yaratmaqdır. "Spark"26" ilk tələbə-texnologiya festivalını da məhz bu məqsədlə ərsəyə gətirdik. 1000-dən çox gəncimizin qatıldığı o coşqulu atmosferi görmək və onların öyrənmək həvəsinə şahid olmaq mənim üçün çox gözəl hiss idi. Bir daha əmin oldum ki, ölkəmizin texnoloji potensialını irəli aparacaq güclü gəncliyimiz var".
Bir tərəfindən təşkil olunan "Spark "26" layihəsinin davamlı olması, layihənin gələcəkdə ölkənin ənənəvi illik texnologiya hərəkatına çevrilməsi nəzərdə tutulur.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az  / banker.az

Banklar     Tarix: 12 sentyabr 2026

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq