Azərbaycanda kredit kartları üzrə orta faiz 27%-ə çatdı – Bu son illərin ən yuxarı göstəricisidir

Azərbaycanda istehlak kreditləri üzrə sektorun orta faiz dərəcələri 2025-ci ilin sonu ilə müqayisədə əsasən sabit qalıb, lakin kredit kartları üzrə fərqli dinamika müşahidə olunub. Bu seqmentdə orta faiz dərəcəsinin 30%-ə çatmasına cəmi 3 faiz bəndi qalır.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Kredit kartları vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 26%-dən 27%-ə yüksəlib ki, bu da tənzimləyicinin 2019-cu ildən etibarən açıqladığı göstəricilər arasında ən yüksək səviyyədir. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə kartla verilən kreditlər üzrə faiz dərəcəsi 25% təşkil edib.
Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 22%-dən 21%-ə enib. Məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə faiz dərəcəsi 26%, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 18%, avtomobil kreditləri üzrə isə 13% səviyyəsində rüblük dəyişməz qalıb.
Bəzi kreditlərin orta faizləri illik müqayisədə artıb. 2025-ci ilin birinci rübündə yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16% və avtomobil kreditləri üzrə isə 12% səviyyəsində idi.
Azərbaycanda istehlak kreditlərinin artım tempi 2025-ci ildə əvvəlki dövrlərlə müqayisədə zəifləişdi. Mərkəzi Bankın açıqladığı məlumata görə, həyata keçirilən makroprudensial siyasət əhalinin daha sağlam və məsuliyyətli borclanmasını təşviq etməyə yönəlib.
Azərbaycanda kredit kartları üzrə orta faiz 27%-ə çatdı – Bu son illərin ən yuxarı göstəricisidirMərkəzi Bankın Maliyyə sabitliyi departamentinin 2025-ci il üzrə hesabatında qeyd olunur ki, istehlak kreditləri portfelinin illik artım tempi 10.8% təşkil edib. Bu göstərici əvvəlki dövrlərdə müşahidə olunan artım dinamikasından aşağıdır. Bu cari ilin ilk rübündə illik 10.3%-dir. İstehlak kreditlərinin ümumi həcmi 31 mart 2026-cı il tarixinə 9 milyard 490.9 mln. manat təşkil edib. Bu göstərici 31 dekabr 2025-ci il tarixində 9 milyard 354.2 mln. manat idi.
Bu regulyativ tədbirlər fonunda kredit kartlarının sayı da aybaay düşür. Məsələn 2026-cı rübündə kredit kartlarının sayı isə 9% azalaraq 2 milyon 278 min ədəddən 2 milyon 71 min ədədə düşüb.
AMB-nin ötən ilə dair hesabatda bildirilir ki, tətbiq edilən 5 qat limit tənzimləməsi kredit kartlarının istifadə olunmamış hissəsinin azalmasına təsir göstərib. Bu çərçivədə borcalanın kredit kartı limiti onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb. Nəticədə kredit kartlarının istifadə olunmuş hissəsi sabit qalsa da, istifadə olunmamış hissə 11% və ya 220 mln. manat azalıb, eyni zamanda kredit kartlarının sayı 6% və ya 137 min vahid azalıb.
Oxşar yazı: Bankların istehlak kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026)
Mərkəzi Bank bildirir ki, bu dəyişikliklər gələcək dövrdə izafi borclanmanın qarşısının alınmasına və daha dayanıqlı kredit bazarının formalaşmasına xidmət edir.
Digər tərəfdən, 2025-ci ildə uçot faiz dərəcəsi 0.5 faiz bəndi azaldılsa da, bu yumşalma kredit bazarında tam əksini göstərməyib. Kredit kartları üzrə orta faiz dərəcəsi 26% səviyyəsində sabit qalıb, məişət avadanlıqları kreditlərində 25%-dən 26%-ə, yaşayış təmiri kreditlərində 16%-dən 18%-ə, avtomobil kreditlərində isə 10%-dən 13%-ə yüksəlib. Digər istehlak kreditləri üzrə faiz dərəcəsi də 20%-dən 22%-ə qədər artıb.

Banklar     Tarix: 30 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti