Azərbaycanda "milyarderlər klubuna" daha bir bank daxil oldu

Azərbaycanda Azərbaycanda mikromaliyyələşdirmə lideri olan "AccessBank" QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 840 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin eyni dövrünü 2 milyon 24 min manat xalis zərər ilə bağlamışdı. Bankın xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Marja xəbər verir ki, "AccessBank"ın faiz gəlirləri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 17 milyon 69 min manat və ya 36,3% artaraq 64 milyon 55 min manat təşkil edib. Bank 2021-ci ilin birinci yarısında 46 milyon 986 min manat faiz gəlirləri əldə etmişdi.
"AccessBank"ın qeyri-faiz gəlirləri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 1 milyon 494 min manat və ya 47,8% artaraq 4 milyon 617 min manat təşkil edib.
2022-ci ilin yanvar-iyun dövründə "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 68 milyon 672 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 61 milyon 717 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 955 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 5 milyon 115 min manat ayırdığından ilk 6 ayı 1 milyon 840 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə "AccessBank"ın cəmi əməliyyat gəlirləri 50 milyon 109 min manat, cəmi əməliyyat  xərcləri 51 milyon 554 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 1 milyon 445 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 579 min manat ayırdığından zərəri 2 milyon 24 min manata yüksəlmişdi.
Ötən 1 il ərzində "AccessBank"ın əməliyyat zərərindən çıxması xüsusi qeyd edilməlidir. Bankın əməliyyat gəlirlərinin 17 milyon 118 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 10 milyon 163 min manat artıb.
AKTİVLƏRİ 1 MİLYARD MANATI KEÇİB
2022-ci ilin 2-cü rübündə "AccessBank"ın cəmi aktivləri 1 milyard manat səviyyəsini keçərək 30 iyun 2022-ci il tarixində 1 milyard 3 milyon 496 min manata çatıb. Ötən ilin sonundan ötən dövrdə (ilk 6 ayda) Bankın aktivləri 71 milyon 346 min manat və ya 7,6% artıb. "AccessBank"ın cəmi akivləri 2021-ci ilin sonunda 932 milyon 150 min manata, 31 mart 2022-ci il tarixində isə 983 milyon 616 min manata çatmışdı.
KREDİT PORTFELİ ARTIB
2021-ci ilin sonu ilə müqayisədə "AccessBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 80 milyon 15 min manat artaraq 712 milyon 491 min manata, o cümlədən istehlak kreditləri portfeli 36 milyon 324 min manat artaraq 122 milyon 545 min manata, biznes kreditləri portfeli 44 milyon 667 min manat artaraq 584 milyon 36 min manata yüksəlib, ipoteka kreditləri portfeli isə 976 min manat azalaraq 5 milyon 910 min manata geriləyib.
FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ 100 MİLYON MANATDAN ÇOX ARTIB
Ötən ilin sonundan ötən dövrdə (ilk 6 ayda) "AccessBank"da depozitlər 89 milyon 733 min manat artaraq 779 milyon 561 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 101 milyon 46 min manat artaraq 659 milyon 19 min manata yüksəlib. Hüquqi şəxslərin depozitləri isə 11 milyon 313 min manat azalaraq 120 milyon 542 min manata düşüb.
MƏCMU KAPİTALI ARTIB
30 iyun 2022-ci il tarixində "AccessBank" QSC 83 milyon 687 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 79 milyon 666 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 22 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri