"Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb
Son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb.
Bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Fintex Sammitində deyib.
Onun sözlərinə görə, son 4 ildə bir post-terminal üzrə ödənişlər 4 dəfə artaraq təxminən 10 min manata çatıb: "Bu, sektorda getdikcə dəyişən müştəri davranışlarını və bununla bağlı tələbləri fintexlərin qarşısına yeni hədəflər gətirir".
O qeyd edib ki, ölkəmizdə ötən dövr daha çox lisenziyalaşma və qanunvericiliyin təkmilləşdirilməsi, ödəniş sistemləri haqqında qanunun qəbulu, eləcə də müxtəlif prosedur və qaydaların qəbulu ilə xarakterik olub. Ötən dövrü sektor oyunçuları özlərinin nizamnamə kapitalı və qanunvericiliyin digər tələblərini həyata keçirməyə sərf ediblər.
© Report

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?