Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir

Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilirAzərbaycanda dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması prosesinə start verilib. 
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, fermerlər dövlətin 50%-lik sığorta haqqı dəstəyindən istifadə etməklə pambıq sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.  
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Pambıq Azərbaycanın 20-yə yaxın rayonunda becərilən əsas texniki bitkilərdən sayılır. Hazırda Azərbaycanda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq sahələrinin böyük hissəsi Mil Muğan, Salyan-Şirvan və Mərkəzi Aran iqtisadi zonalarının payına düşür. Ölkənin əsas pambıqçılıq rayonları Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Bərdə və digər rayonlardır. 
Pambıq əkinlərinə ən çox zərər vuran hallar dolu, sel-subasma və leysan hadisələridir. Dövlət dəstəkli aqrar sığorta mexanizmi bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş yüzlərlə fermerə aqrar sığorta mexanizmi vasitəsilə ödənişlər edilib. 
Mövcud aqrar sığorta mexanizmi qeyd olunan təbiət hadisələri ilə yanaşı, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar nəticəsində dəyən zərərləri də qarşılayır.
Pambıq sahəsini sığorta etdirmək fermerə cüzi məbləğə başa gəlir. Ölkənin əksər rayonlarında 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat ətrafında dəyişir. 
Ölkəmizdə sığortalanmış pambıq sahələrinin sahəsi ildən-ilə genişlənməkdədir. 
Belə ki, 2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edildiyi halda, 2024-cü ildə sığortalanan pambıq əkinlərinin sahəsi 2 dəfə artaraq 29 min hektara yaxınlaşıb. 
Sığortalanmış pambıq sahələrinin sahəsi ilə yanaşı, pambıq becərən fermerlərə dəymiş zərərə görə sığorta ödənişlərinin həcmi də artır. 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə təqribən 4 min hektar əraziyə dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 880 min manatdan artıq sığorta ödənişi edilib. 
Aqrar Sığorta Fondu fermerləri pambıq sahələrini vaxtında sığorta etdirməyə çağırır. 
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür. / marja.az

Banklar     Tarix: 24 aprel 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun bitcoin internetden pul qazanmaq