Azərbaycanda sabit vergi ödəyiciləri ipoteka krediti ala biləcəklər
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış" proqramı çərçivəsində, eyni zamanda gələcəkdə bu ərazilərdə yaşayan şəxslərin ipoteka kreditlərindən faydalanması üçün müvafiq tədbirlər hazırlanıb.
Bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan "İqtisadi zona" verilişində deyib.
"Bundan başqa, əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxşını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb", - İ. Kələşov deyib.
Onun sözlərinə görə, bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib: "Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq".
İKZF-nun baş direktoru vurğulayıb ki, son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində, eyni zamanda "2022-2026-cı illərdə sosial-İqtisadi inkişaf Strategiyası", "Böyük Qayıdış"la bağlı I dövlət proqramı çərçivəsində əhəmiyyətli işlər görülür.
© "Report"

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Kriptovalyuta nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyada ən çox oxunan 5 kitab
Evdə biznes qurmağın yolları
İlon Mask kimdir?