Azərbaycanda uçot faiz dərəcəsi biznes kreditlərinə sərtləşdirici təsir göstərir

Azərbaycanda uçot faiz dərəcəsi biznes kreditlərinə sərtləşdirici təsir göstərir2023-cü ilin I rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalma davam etsə də, ötən rüblərlə müqayisədə yumşalma trendində səngimə meylləri görünür.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri" barədə açıqlamasında bildirir.
Xarici valyutada verilən biznes kreditləri üzrə kredit standartlarında isə sərtləşmə davam etmişdir. Bankların 2023-cü ilin II rübü üzrə gözləntilərinə əsasən sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların, uzunmüddətli və xarici valyutada verilən kreditlərdə isə sərtləşmələrin olacağı proqnozlaşdırılır.
2023-cü ilin I rübündə borcalanların təminatının keyfiyyəti və bu təminatların reallaşması, maliyyələşmə dəyəri, habelə, iri kreditorların maliyyə vəziyyətinə dair risk faktorları biznes kreditləri üzrə kredit standartlarına sərtləşdirici təsir göstərib. Banklarla rəqabət, o cümlədən, ümumi iqtisadi faktorlar standartlara yumşaldıcı təsir göstərsə də, uçot faiz dərəcəsi və inflyasiya sərtləşdirici təsir edib.
"Biznes kreditlərinin verilmə şərtlərində əsas sərtləşdirici faktorlar yuxarı riskli kreditlərə tətbiq olunan marja və məhdudlaşdırıcı meyarlar üzrə olub"- deyə, AMB-nin sorğusunda deyilir.
Azərbaycanda uçot faiz dərəcəsi biznes kreditlərinə sərtləşdirici təsir göstərir2023-cü ilin I rübündə KOS subyektləri üzrə kreditlərin verilmə standartlarında əsasən yumşalmaların səngiməsi müşahidə edilmişdir. Cari ilin ilk rübündə ümumi iqtisadi gözləntilər və banklarla rəqabət KOS subyekləri üzrə kreditlərin verilmə standartlarına yumşaldıcı, təminatın keyfiyyəti və reallaşması, həmçinin inflyasiya və uçot dərəcəsi gözləntiləri sərtləşdirici təsir göstərmişdir. Sorğu nəticələrinə əsasən KOS subyekləri üzrə verilən biznes kreditləri şərtlərində banklar əksər komponentlər üzrə sərtləşməyə getmiş və ya yumşaltma tempini zəiflətmişlər.
Azərbaycanda uçot faiz dərəcəsi biznes kreditlərinə sərtləşdirici təsir göstərirAzərbaycanda uçot faiz dərəcəsi biznes kreditlərinə sərtləşdirici təsir göstərirRİSK
Sorğunun nəticələrinə əsasən cari ilin birinci rübündə faiz dərəcəsi və likvidlik riskləri üzrə artım, digər risk göstəriciləri üzrə isə azalma müşahidə edilib. 2023-cü ilin I rübündə kənd təsərrüfatı, sənaye, nəqliyyat, habelə, qeyri-istehsal və xidmət sahələri üzrə kredit riskində azalma, ticarət, tikinti, informasiya və rabitə sahələri üzrə isə kredit riskində artım olmuşdur. Bununla belə, bankların cavablarına əsasən biznes subyektləri üzrə cəmi kredit risklərinin azalması dinamikası səngimişdir. Mikro sahibkarlıq subyektləri üzrə səngimə daha çox nəzərə çarpır.

Banklar     Tarix: 19 iyun 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler bitkoin valyuta mezennesi leobank kart dollar məzənnəsi